Azərbaycan İdeyası

Fuad Rzayev Prezident İlham Əliyevi inamlı qələbə qazanması münasibətilə təbrik edib.

Tarix:28-02-2024, 15:12
Baxış Sayı:145


Fuad Rzayev: “Hazırda dünya azərbaycanlıları Sizinlə fəxr edir.

Cənab İlham Əliyevə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyi münasibətilə digər ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, xaricdəki soydaşlarımızdan da təbriklərinin göndərilməsi davam edir. Rusiyadakı “Mosoblstroy” ASC-nin baş direktoru, tanınmış soydaşımız Fuad Rzayev Prezident İlham Əliyevi 7 fevral seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib. “Diaspornews.az” Prezidentin saytına istinadla Fuad Rzayevin təbrik məktubunu təqdim edir: “Böyük fəxr hissi ilə Sizi Azərbaycanda 7 fevralda keçirilən Prezident seçkilərində mütləq qələbə qazanmağınız münasibətilə təbrik edirəm.

Sizin sayənizdə Azərbaycanda bütün sahələrdə misilsiz uğurlar əldə olunub. Buna görə də Azərbaycan Cənubi Qafqazın şəksiz iqtisadi liderinə çevrilmişdir. Eyni zamanda Azərbaycan və Rusiyanın davamlı səylərlə bütün sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf edib.
Hazırda dünya azərbaycanlıları Sizinlə fəxr edir. Mən Rusiyada Sizin müdrik siyasətinizə arxalanaraq ölkəmizi layiqli şəkildə təbliğ edirəm. Ölkəmizin vətəndaşlarına, ümumiyyətlə, dünya azərbaycanlılarına diqqət və qayğı göstərdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Düşmən üzərində zəfər çalan Sərkərdə olaraq Sizin Vətənimiz Azərbaycanın yenidən Prezidenti seçilməyinizdən böyük qürur hissi keçirirəm.
İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycanın qarşıdakı illərdə inkişafı daha da güclənəcək.

Sizə möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə uğurlar arzu edirəm”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı