Azərbaycan İdeyası

QANUNİ MƏHKƏMƏ QƏRARINDAN RAZI QALMAYAN ATA VƏ OĞUL CAVABDEHƏ “ARMATURLU MƏHKƏMƏ” QURDULAR

Tarix:7-03-2024, 15:15
Baxış Sayı:144

Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi ünvanda yaşayan İmamquliyev Sevindik Şamil oğlu Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdirinə ünvanladığı şikayətinin bir nüsxəsini də “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərərək probleminin ictimailəşdirilməsini xahiş etmişdir.
Vətəndaş S.İmamquliyev bildirir ki, o, 17 avqust 2023-cü il tarixdə saat 23:30 radələrində Şamaxı rayonu Muğanlı kəndində yolun kənarında Mahmudov Allahverdi Faiz oğlu tərəfindən döyülüb, başının təpə nahiyəsi və hər iki saidi əzilib. Zərərçəkən iddia edir ki, Allahverdi Mahmudovun cinayət əməli düzgün tövsif olunmamış, cinayətin digər iştirakçıları kənarda qalmış və barələrində düzgün olmayan qətimkan tədbiri seçilmişdir. Belə ki, Mahmudov Allahverdi Faiz oğlu və Mahmudov Vüqar Allahverdi oğlu onu İsmayıllı rayon məhkəməsində iddia ərizələri üzrə cavabdeh olduğu mülki işin məhkəmə iclasında iştirak etmədiyini bəhanə edərək söyüb təhqir etmiş, buna görə onu cəzalandırmaq üçün görüşməyə çağırmış, qabaqcadan əlbir olaraq, xuliqanlıq niyyəti ilə onun hadisə yerində tək və köməksiz vəziyyətində olmasından sui-istifadə edərək, özləri ilə götürdükləri dəmir armatur parçası ilə onu öldürmək niyyəti ilə baş, sifət, döş qəfəsi, qolları və ayaqlarına vurmuşlar. Aldığı xəsarətlərdən yerə yıxılmış, ata və oğul Mahmudovlarla sürücü qismində gəlmiş Rafael adlı şəxsin “bəsdirin, Sevindik öldü” deməsini eşitmişdir. Yalnız bundan sonra Mahmudovlar onu ölmüş bilib oradan getmişlər. İstintaqa verdiyi ifadədə Rafael təsdiqləmişdir ki, Vüqar Mahmudovu da hadisə yerinə aparıb, lakin o, Sevindik İmamquliyevi döyməyib.
Şikayətçinin ehtimalına görə, Mahmudovlar Şamaxı rayon mərkəzi xəstəxanasının rəhbərliyinə qanunsuz təsir etdiklərinə görə, onun həyatı təhlükədə olduğu halda müalicəsinin 13-cü günü xəstəxanadan çıxarılmışdır. “Yaşayış yeri üzrə qeydiyyatı” olmadığı üçün başqa xəstəxanalar isə onu müalicə üçün qəbul etməkdən imtina etmişlər. İmamquliyev Sevindik Şamil oğluna yetirilmiş xəsarətlər yetirildiyi halda həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərər vurmaya aiddir. Onun bədən xəsarətlərini əks etdirən foto-şəkillərə baxmaq kifayət edir ki, Mahmudovların cinayət əməlləri düzgün tövsif edilsin. Cinayəti törədən digər şəxs – Mahmudov Vüqar Allahverdi oğlu əsassız olaraq məsuliyyətdən kənarda qalmışdır.
Xatırladaq ki, Mahmudovlar daha əvvəl İsmayıllı rayon məhkəməsində Sevindik İmamquliyev və digərlərinə qarşı təhqirə görə kompensasiya davası açmış, iddiaları təmin edilməmişdir. Məhkəmə qərarını yuxarı instansiyalarda qanuni yolla mübahisələndirmək əvəzinə, İmamquliyevi görüşə çağırmaları artıq ondan xəbər verir ki, Mahmudovlar onun üzərində “öz məhkəmələrini” qurmaq istəyib və qurublar, hökm də çıxarıblar.
Bundan əlavə, təqsirləndirilən şəxsə əvvəlcə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmiş, sonra isə Şamaxı rayon Polis Şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi cənab Amid Eyvazovun 03.10.2023-cü il tarixli qərarı ilə ittihama əlavə və dəyişiklik edərək, təqsirləndirilən şəxsə CM-nin 127.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Başqa sözlə, zərərçəkənə yetirilən xəsarətlər onun həyatına təhlükə törədən dərəcədən təhlükə törətməyən, az ağır və yüngül zərər vurma dərəcəsinə endirilmişdir. Bu məsələdə məhkəmə-tibb eksperti Məmmədovun 18.08.2023-cü il tarixli 268 nömrəli “sağlamlğa zərər vurmanın təyini” haqda rəyinin böyük rolu olmuşdur.
Bununla əlaqədar zərərçəkmiş şəxs və onun vəkili Şamaxı rayon Polis Şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi cənab Amid Eyvazova və Şamaxı rayon prokuroru cənab Müşfiq Səfərova vəsatət yazaraq, 230830079 nömrəli cinayət işi üzrə göstərdiklərinə əsasən Mahmudov Vüqar Allahverdi oğlunun da cinayət məsuliyyətinə cəlb edilməsini və əməllərinin düzgün tövsif edilməsini xahiş etmişlər.
Lakin şikayətçi təəssüf hissi ilə qeyd edir ki, həmin vəsatətin müstəntiqə və prokurora göndərildiyi tarixdən xeyli vaxt keçməsinə baxmayaraq heç bir prosessual hərəkət edilməmiş, ona cavab belə verilməmişdir. Hərçənd, şikayətçi ona hüquq xidməti göstərən vəkil Abbasov Nəvaid Noruz oğlunun xidmətindən də narazıdır. Redaksiya olaraq öz növbəmizdə vəkillə əlaqə saxladıq. Vəkil təəccübümüzə səbəb olan cavab verdi ki, verdikləri vəsadət qəbul edilməyib. Səbəbinin də nə ilə izah olunduğunu demədi. Qəribə haldır ki, zərərçəkənin sözlərinə görə, vəkil ona göstərdiyi hüquq xidmətinə görə, 2500 (iki min beş yüz) manat pul alıb, amma müqavilə sənədinin surətini müvəkkilinə verməyib.

Mövzuya qayıdacağıq.

X.Ə.Quliyeva.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı