Azərbaycan İdeyası

Kənd təsərrüfatı

Tarix:8-05-2024, 13:29
Baxış Sayı:46

Kənd təsərrüfatı
Rayonun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2024-cü ilin yanvar-mart ayları ərzində istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri ilkin hesablamalara əsasən 18863,9 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 1313,2 min manat və ya müqayisəli qiymətlərlə 0,3 faiz çoxdur. Istehsal olunmuş kənd təsərrüfat məhsullarının hamısı heyvandarlıq məhsullarının payına düşür.

Kənd təsərrüfatının sahələri üzrə məhsul buraxılışı, min manatla

Göstəricilərin adı 2024-cü il
yanvar-mart faktiki qiymətlərlə,
min manatla 2023-cü il
yanvar-mart faktiki
qiymətlərlə, min manatla Fərq faktiki qiymətlərlə, min manatla +;- 2023-cü ilə nisbətən fiziki həcm indeksi, faizlə
Kənd təsərrüfatı sahəsi üzrə 18863,9 17550,7 1313,2 100,3
o cümlədən:
- bitkiçilik sahəsi üzrə - - -
x
- heyvandarlıq sahəsi üzrə 18863,9 17550,7 1313,2 x

Bitkiçilik: Rayonun təsərrüfatlarında yazlıq bitkilərin kütləvi əkini davam edir. Kənd təsərrüfatı müəssisələri, əhali və fermer təsərrüfatları əlverişli hava şəraitindən maksimum istifadə edərək yazlıq bitkilərin əkinini optimal müddətdə və aqrotexniki qaydada başa çatdırmağa çalışırlar.
2024-cü il aprelin 1-i vəziyyətinə 2515,0 hektar sahədə yazlıq bitkilər əkilmiş və onun 1398,0 hektarını yem bitkiləri (yonca), 518,0 hektarını bostan bitkiləri, 360,0 hektarını kartof, 219,0 hektarını tərəvəz, 14,0 hektarını dən üçün qarğıdalı, 6,0 hektarını dən üçün günəbaxan əkini təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 hektar dən üçün qarğıdalı, 22,0 hektar kartof, 16,0 hektar tərəvəz, 480 hektar yem bitkiləri (yonca) cox, 15 hektar pambıq, 1,0 hektar dən üçün günəbaxan, 25,0 hektar bostan bitkiləri isə az əkilmişdir.


Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi (bütün təsərrüfat kateqoriyaları üzrə), ha



Bitkiçilik məhsullarının adı 2024-cü il yanvar-mart 2023-cü il yanvar-mart 2023-cü ilin müvafiq dövrünə nisbətən fərqi +,-
Dənlilər və dənli paxlalılar-cəmi 16794,0 19778,0 -2984,0
o cümlədən:
- buğda 12551,5 14873,0 -2321,5
- arpa 4228,5 4894,0 -665,5
- dən üçün qarğıdalı 14,0 11,0 3,0
Texniki bitkilər-cəmi 6,0 22,0 -16,0
o cümlədən:
- pambıq
-
15,0
-15,0
- dən üçün günəbaxan 6,0 7,0 -1,0
Kartof 360,0 338,0 22,0
Tərəvəz 219,0 203,0 16,0
Bostan bitkiləri 518,0 543,0 -25,0
Meyvə və giləmeyvə 3071,6 2896,6 175,0
Üzüm - - -
Cəmi yem bitkiləri 1398,0 918,0 480,0
o cümlədən:
- yonca
1398,0
918,0
480,0

Heyvandarlıq: 2024-cü ilin 1 aprel vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın baş sayı 68066 baş, o cümlədən, inək və çamışların baş sayı 32582 baş, qoyun və keçilərin baş sayı 116832 baş olmuşdur. 2023-cü ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 164 baş, qoyun və keçilərin baş sayı isə 349 baş artmışdır.
İri buynuzlu mal qaranın tərkibində inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 39 baş artmışdır.
Heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri üzrə 2024-cü ilin 1 aprel vəziyyətinə iri buynuzlu mal-qaranın sayı 588 baş, o cümlədən, inək və çamışların sayı 260 baş, qoyun və keçilərin baş sayı isə 8962 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal qaranın sayı 156 baş, o cümlədən, inək və camışların sayı 104 baş, qoyun və keçilərin sayı isə 798 baş azalmışdır.
Heyvandarlıq sahəsində 22 kəndli fermer təsərrüfatı fəaliyyət göstərir.



Mal-qaranın sayı (bütün təsərrüfat kateqoriyaları üzrə), müqayisəli məlumat (baş)

Göstəricilər 01.04.2024-cü il tarixinə
01.04.2023-cü il tarixinə
2023-cü ilin müvafiq dövrünə nisbətən
fərqi +,-
İri buynuzlu mal-qara 68066 67902 164
o cümlədən:
- inək və camışlar 32582 32543 39
Qoyun və keçilər 116832 116483 349





2024-cü ilin yanvar-mart ayları ərzində ət istehsalı (diri çəkidə) 1686,7 ton, süd istehsalı 8554,9 ton, yumurta istehsalı 3850 min ədəd olmuşdur. Əvvəki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 ton ət, 2,5 ton süd, 39 min ədəd yumurta çox istehsal olunmuşdur.







Heyvandarlıq məhsullarının istehsalı, müqayisəli məlumat

Məhsulun adı Ölçü
vahidi 2024-cü ilin
yanvar-mart aylarında 2023-cü ilin
yanvar-mart aylarında 2023-cü ilin müvafiq dövrünə nisbətən,
+;- faizlə
Ət (diri çəkidə) ton 1686,7 1683,7 3,0 100,18
Süd ton 8554,9 8552,4 2,5 100,03
Yumurta min ədəd 3850,0 3811,0 39 101,02

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA