Azərbaycan İdeyası

İrana vurulan şillə+VİDEO.

Tarix:2-08-2024, 16:22
Baxış Sayı:116

İrana vurulan şillə+VİDEO.

İyulun 30-dan 31-nə keçən gecə İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə gəlmiş HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iqamətgahda dəqiq zərbə ilə qətlə yetirilməsi bütün dünyada geniş diqqət çəkib.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni videotəhlildə qeyd olunub.

Müəllif vurğulayır ki, İranda həyata keçirilmiş bu sui-qəsd farsdilli xəbər agentliklərində az qala zəlzələ effekti doğurub:

"İran hakimiyyəti bir gün öncə Livan "Hizbullah"ının ikinci şəxsi Fuad Şükürün Beyrutda İsrail tərəfindən öldürülməsi nəticəsində özünün dəstəklədiyi "Müqavimət Cəbhəsi"nə vurulan ağır zərbədən ayılmamış növbəti şok yaşayıb. Son iki gündə İsmayıl Haniyənin inanılmaz bir şəkildə əsas himayədarı olan ölkənin paytaxtında fiziki məhvinin detalları, bunun mümkün nəticələri, o cümlədən İranın ata biləcəyi cavab addımları barədə beynəlxalq mediada çoxsaylı şərh və təhlil yayılıb.

Amma ən çox maraq və sual doğuran məqam bu qətlin özünü hər cəhətdən, xüsusən hərbi-təhlükəsizlik baxımından Orta Şərqin ən güclü dövləti kimi qələmə verən İranda necə mümkün olması məsələsidir. Axı yeni seçilmiş prezidentin andiçmə mərasiminə dünyanın 80-dən çox ölkəsindən yüksəkrütbəli qonaqların gəlişi ilə əlaqədar Tehranda təhlükəsizlik tədbirləri xeyli gücləndirilmişdi. Üstəlik, yayılan məlumatlara görə, şəxsən HƏMAS liderini İranda ali dövlət rəhbərliyinin, o cümlədən prezidentin mühafizəsinə cavabdeh olan "Ənsar əl-Mehdi" qvardiyası, eləcə də SEPAH-ın Kəşfiyyat Təşkilatı qoruyurmuş. Belə olan halda, necə oldu ki, İsmayıl Haniyəni həmin SEPAH-a məxsus obyektdə, necə deyərlər, yatdığı yerdə öldürə biliblər?

Hadisədən dərhal sonra İran siyasətçi və təhlilçiləri ilk növbədə bu suala cavab axtarıb, ona müxtəlif şərhlər veriblər. Məsələn, beynəlxalq məsələlər üzrə tanınmış jurnalist Sara Məsumi özünün "X" səhifəsində yazıb:

"İsmayıl Haniyənin qətlinin mesajı və mənası bir-iki məsələ ilə məhdudlaşmır. İsrail və ABŞ-nin kəşfiyyat üstünlüyünü nəzərə aldıqda, bu terrorun istənilən başqa yerdə, o cümlədən Qətərdə həyata keçirilməsi mümkün idi. Amma zaman (İran prezidentinin andiçməsindən sonra) və məkan (İran paytaxtının mərkəzi) seçimi onu göstərir ki, məqsəd İranın təhlükəsizlik qüdrətinin sual altına alınması olub".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı