Azərbaycan İdeyası

Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası

Tarix:19-12-2024, 12:39
Baxış Sayı:122

Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 693 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan iki nəfər 16-18, 498 nəfər 18-25, 1 012 nəfər 26-29, 5 181 nəfər isə 30 və ondan yuxarı yaşda olub.

Bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, həmin şəxslərdən 6 497-si kişi, 196-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 59 əcnəbidən 25-i İran İslam Respublikası, 10-u Rusiya, 13-ü Türkiyə, yeddisi Gürcüstan, biri Özbəkistan, ikisi Ukrayna, biri Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 212,42 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Cari ilin yanvar-noyabr ayları ərzində qrup halında olan cinayətlərin sayı isə yeddi fakt artıb.

Bildirilib ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 1 209, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 321, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 798, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 66, digər növ cinayət faktların sayı 24, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 31 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 315 kq 383,968 q, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 1 073 nəfər azalıb.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı