Azərbaycan İdeyası

İlham Əliyev – 63: Müzəffər Ali Baş Komandan

Tarix:28-12-2024, 14:17
Baxış Sayı:2

İlham Əliyev – 63: Müzəffər Ali Baş Komandan
Prezident İlham Əliyevin 44 günlük zəfər savaşında möhtəşəm qələbəsi barədə çox deyilib və yazılıb!
Hələ bundan sonra da bu tarixi qələbəni vəsf edən çoxsaylı əsərlər işıq üzü görəcəkdir. Xalqımızı qələbəyə çatdıran məqamları bir daha diqqətə çəkirik:
Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev pilotsuz uçuş aparatlarını hücum və kəşfiyyat sahəsində geniş tətbiq edərək bu vasitələrin bütün imkanlarını tam parlaqlığı ilə düşmənə və dünyaya nümayiş etdirdi; Gözlənilən hücum istiqamətlərində düşmənin böyük həcmdə canlı qüvvəsini və silahlarını saxladaraq gözlənilməyən yerlərdən sürətli və qəfil hücumlarla ağır zərbələr endirdi; Hərbi əməliyyatlar zamanı diplomatiya sahəsində də fəallıq göstərərək istədiyinə nail olmayınca - düşmən ordusunun Azərbaycan ərazisindən çıxarılması qrafiki təqdim edilməyincə hərbi əməliyyatları dayandırmadı; Dünya erməniliyinin maliyyəsi ilə informasiya müharibəsinə qoşulan KİV-ə qarşı əzmlə döyüşərək hamısına qalib gəldi, Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırdı, feyk xəbərləri ifşa etdi; Əvvəlcədən yerli şəraitə uyğun məkanlarda təlim keçirilərək mükəmməl şəkildə hazırlanan xüsusi təyinatlıların qüvvəsindən, şücaət və qəhrəmanlığından istifadə etməklə az qala yalın əllə Şuşanı düşməndən aldı və Azərbaycanın mədəniyyət paytaxtına çevirdi!
Xalqımızın xilaskar oğlu cənab İlham Əliyev düşməni məhv edib ərazilərimizi geri qaytarmaqla uzun illər ərzində erməni əlində qalan torpaqları işğaldan, eləcə də yüz minlərlə insanı “məcburi köçkün” adından qurtardı!
Bu gün bəzi erməni siyasətçiləri, generalları hərdən papulistcəsinə başlarından böyük danışsalar da, içlərində Azərbaycana bütün parametrlər üzrə məğlub olduqlarını yaxşı bilirlər! Erməni əsgəri isə həm də mənəvi və psixoloji cəhətdən tar-mar edilib! Heç vaxt Azərbaycan əsgərinin qələbə hayqırtısı və dron uçuşunun səsi onun qulaqlarından çəkilməyəcək! Döyüş başlanan kimi daim bir gözü göydə qalacaq, başını soxmağa deşik axtaracaq. Bunu arvad paltarı geyinib qrimlənərək Qarabağdan qaçan ermənilər də sübut edir! Bunu İrəvanda avtobuslara mindirilərək aldadılıb Qarabağa gətirilən həmin hərbçilərin valideynlərinin yol kəsmələri, övladlarını maşınlardan düşürüb geri qaytarmaları da göstərir. Bunu barəsində fərari kimi cinayət işi açılan erməni ordusunun əsgərlərinin qorxaqlığı da sübut edir! Bunu indiyədək Azərbaycana məxsus ərazilərdən hələ də yığılan öldürülmüş erməni əsgərlərinin qalıqları da təsdiq edir.
Bəlkə də erməni generalları varlanmaq üçün yenidən Azərbaycanla müharibə etmək fikrinə düşər. Amma erməni əsgər və zabiti onu real ölüm gözlədiyi Azərbaycan ərazisinə keçərək güllə atmaq həvəsinə heç zaman düşməyəcək!
Bəli, İlham Əliyev Ermənistanı təkcə hərbi cəhətdən deyil, mənəvi-psixoloji sarıdan da darmadağın edib, onlara nəsilbənəsil unuda bilməyəcəkləri sağalmaz yara, yaddan çıxmaz zərbə vurub, dünya erməniliyini sarsıdıcı məğlubiyyətə uğradıb.
Azərbaycan xalqı öz Prezidentini sevir, onun sevincinə də, qəminə də şərik çıxmağa özünü haqlı sayır. Belə sevincli günlərdən biri də dekabrın 24-üdür. Həmin gün İlham Heydər oğlunun ad günüdür. Bu münasibətlə əziz Prezidentimizi şəxsən öz adımdan təbrik edir, ona ümummilli lider Heydər Əliyevin işıqlı ideyalarını gerçəkləşdirmək, Azərbaycan xalqını firavanlığa qovuşdurmaq yolunda fəaliyyətində uğurlar arzulayıram.

Əli Kərimov, YAP üzvü

OXŞAR XƏBƏRLƏR
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
"Qadınlar boşanmağa daha çox meyillidirlər" - AÇIQLAMA+FOTO
"Qadınlar boşanmağa daha çox meyillidirlər" - AÇIQLAMA+FOTO
Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb+FOTO.
Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb+FOTO.
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik
Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik
Hava bu tarixdə normallaşacaq – RƏSMİ AÇIQLAMA
Hava bu tarixdə normallaşacaq – RƏSMİ AÇIQLAMA
Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirildi
Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirildi
14 dərəcəyədək şaxta var
14 dərəcəyədək şaxta var