Vəzifəsindən qovulmuş keçmiş məktəb direktoru QHT rəhbəri kimi hansı oyunlardan çıxır
“Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyinin sədri Hüseyn Arzu Əfqan qızından “Korrupsiya və Qanun” qəzeti redaksiyasına şikayət məktubu daxil olub.
Naxçıvan MR, Naxçıvan şəhəri, Əzizbəyov küçəsi, döngə 8, ev 2 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan, Nəsibov Məşərza İlham oğlu yazır ki, Kamran adlı tanışının vasitəsilə tanış olduğu Hüseyn Arzu Əfqan qızı ona Aslan adlı digər tanışının qohumunu məktəb direktoru vəzifəsinə işə düzəldəcəyini vəd edərək külli miqdarda pul alıb mənimsəyib.
“Biləcəri rayonunda, “Tam Store” marketin yaxınlığında biz görüşdük. Dediyinə görə Arzu, onun bacısı Vəsilə Möhsümova və qardaşı (dəqiq adını bilmirəm) maşında 10.000 AZN məbgləğində pulu verdim Arzu xanıma. Pulun yarısını Arzu xanım, qalan yarısını onun qardaşı saydı və söz verdilər ki, “sənin yaxın adamının işi üç iş gününə düzələcək, arxayın ol”. Həmin andan etibarən 3 gün oldu 5 gün, 1 həftə işdən səs çıxmadı, düzəlmədi. Həmin andan tanışıma gizli nömrələrdən zənglər gəlməyə başladı və deyirdilər ki, biz Bakı şəhər Təhsil İdarəsinin, sizi idarəyə dəvət edirik. Görüşə bir gün qalmış həmin adama məlum xarici nömrədən bir xanım zəng edib deyib ki, “Sizin idarəyə gəlməyinizə ehtiyac yoxdur, biz sizə xəbər edəcəyik.” Müəyyən müddətdən sonra yaxın adamım heç bir işin görülmədiyini dərk edərək, həmin adamlardan verdiyi pulu geri istəyəndə ona dedilər ki, “bizdə pul yoxdur, pulu iş düzəldən adamlara vermişik, bizdə pul yoxdur. Vəsaitinizi alıb qaytaracam. İki dəfə Gənclik metrosu tərəfdə görüşsək də, mənə pulu qaytarmadı. 17.12.2024-cü il tarixdə mənə zəng edərək bildirdi ki, pul hazırdır. Atamla birlikdə Odlar Yurdu universitetinin yaxınlığında görüşdük. Yanında başqa xanım da var idi. Mənə dedi ki, mənə faizə pul verəcəkdilər, amma, vermədilər. Yenə də müxtəlif bəhanələr gətirərək məni aldatdılar, pulu qaytarmadılar. Həmin vaxtdan bu günə kimi nə iş görüblər, nə də pul qaytarıblar”.
Məşərza Nəsibov həmçinin bildirir ki, Arzudan ötrü gah gizli, gah da tanımadığı nömrələrdən ona zəng vurub hədə-qorxu gəliblər. Boynuna qoymağa çalışıblar ki, guya o, Arzunun evinə tapança ilə basqın edib. “Getkontakt”da həmin zəng vurulan nömrə üçün axtarış edəndə nömrə istifadəçisinin qeyd olunmuş adlarından biri “əxi” kimi göstərilib. Lakin Məşərza bu böhtanın qarşısında özünü qorxutmayıb. Daha sonra Arzu Hüseyn özü zəng vurub Məşərzaya vəd edib ki, iki gün vaxt versin, pulunu qaytaracaq. Yenə də yalançı çıxmışdı.
Məlumat üçün qeyd edək ki, əslən Ağdam rayonundan olan Arzu Hüseynin adına həmçinin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin siyahısında rast gəlinir. O, vaxtilə Bakı şəhəri Binə qəsəbəsi 149 saylı köçkün orta məktəbin direktoru vəzifəsindən qovulub. İnternet resurslarında onun işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı tələblə ötən ilin fevral ayında Elm və Təhsil Nazirliyini məhkəməyə verdiyi barədə informasiyaya rast gəlinir. Ona məxsus “facebook” səhifəsində yazdığı statusların altında “Maya” Klinikasının ultrasonoloq həkimi kimi təqdim olunan Maya Baxışlı adlı internet istifadəçisinin belə bir rəyi var: “ARZU PULUMU QAYTAR. BURDA OZUNU BELE CAMMAATA YAXSHI KIMI TEQDIM ELEME ....SENI TANIYAN BILIR KI SEN KIMSEN. QADINSAN QADINLIGINA HORMETIN OLSUN”.
Vətəndaş M. Nəsibov qeyd etdiklərinin ictimailəşdirilib aidiyyatı üzrə dövlət orqanlarına göndərilməsində ona köməklik göstərilməsini redaksiyadan xahiş etmişdir.
Xuraman Quliyeva