Azərbaycan İdeyası

ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...

Tarix:25-01-2025, 12:08
Baxış Sayı:119



Dosent Vazeh Əskərov özünə saxta profil açaraq hirş indeksini süni şəkildə şişirtmiş və beləliklə özü haqqında yüksək peşəkarlığa malik elm insanı imici yaratmağa çalışmışdır...

2007-2024-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Elektronika və avtomatika” kafedrasında müəllim vəzifəsində işləmiş, bərk cisimlər fizikası ixtisası üzrə fəlsəfə doktoru Xanməmmədova Elmira Ələsgər qızı "AzPolitika.info"-ya universitet rəhbərliyinə qarşı müəyyən ittihamlar olan daha bir yazı göndərib. Həmin yazını zəruuri redaktə ilə dərc edirik.

Yazıda əks olunan iddialarla bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Elmira Xanməmmədova

"Ümummilli lider, öndərimiz, müasir Azərbaycanımızın memarı Heydər Əliyev kimi şəxsiyyətin tələbəsi olduğu bir universitet elmdən və təhsildən xəbəri olmayan dosentlər Vazeh Əskərov, Qasım Məmmədov və Fərid (Frunzik) Ağayev kimi şəxslərin əlində əsirə çevrilmişdir.

Birinci olaraq onu qeyd edim ki, universitetdə şəffaflıq deyilən bir hadisə yoxdur. Şəffaflıq və etibarlılıq elmi aləmdə çox mühüm anlayışlardır, xüsusilə də dünya səviyyəli universitetlərin və elmi qurumların inkişafında. Əgər bir rəhbərin öz hərəkətləri saxta fəaliyyət üzərində qurulubsa, bu, onun çalışdığı qurumun etibarını zədələyir. Elmi bazalara qarşı etimadsızlıq yaradan belə hərəkətlər, tədqiqatçıların işinə və elmi inkişafın şəffaflığına kölgə salır.

Dosent Vazeh Əskərov özünə saxta profil açaraq hirş indeksini süni şəkildə şişirtmiş və beləliklə özü haqqında yüksək peşəkarlığa malik elm insanı imici yaratmağa çalışmışdır. Bu hərəkətləri ilə o, bütün təhsil ictimaiyyətini və tələbələri aldatmışdır. Amma mənim Elm və Təhsil Nazirliyinə dosent Vazeh Əskərovlar haqqında ünvanladığım yazılı ərizədən sonra o profilini yeniləmiş və yeni məqalələr daxil etmişdir.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama