Azərbaycan İdeyası

Pensiya yaşı AZALDILIR – RƏSMİ

Tarix:9-04-2025, 13:31
Baxış Sayı:1

Pensiya yaşı AZALDILIR – RƏSMİ

Ölkəmizin pensiya qanunvericiliyində bir sıra kateqoriyalar müəyyən olunub ki, bu kateqoriyalara uyğun olan kişilər daha erkən dövrlərdə pensiya hüququ qazanır.

Maraqlıdır, 65-dən tez pensiyaya hansı kişilər çıxır?

Dövlət Sosial Müdafiə Fondunun departament müdiri Rəşad Mehdili Bizim.Media-ya açıqlamasında pensiya yaşı azaldılan şəxsləri sıralayıb:

“Məsələn, qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla pensiya hüququna baxılır.

Bundan başqa əmək şəraitinin zərərli və ağır olmasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sahələrdə 12 il 6 ay çalışmış kişilərin fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda sığorta stajından aslı olmayaraq, bu kapitalı olmadıqda 25 il ümumi sığorta stajı olduqda yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var” - deyə o, bildirib.

Rəşad Mehdili eyni zamanda diqqətə çatdırıb ki, bir çox hallarda pensiya yaşı 15 il azaldıla bilər:

“Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan kişilər, həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Hipovizqanizm xəstəliyinə tutulan kişilərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy kişilərin azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər qanunvericiliyə uyğun olaraq tələb olunan xidmət müddəti olduqda onların yaş həddindən aslı olmayaraq (hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur) pensiya hüququ yaranır”.

OXŞAR XƏBƏRLƏR
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək
12 günlük müharibədən sonra İLK DƏFƏ - İran ballistik raketlər ATDI
12 günlük müharibədən sonra İLK DƏFƏ - İran ballistik raketlər ATDI
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN+FOTO
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Arif Babayev dəfn edildi - Fotolar - Yenilənib
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ
Elşad Abdullayevin Respublikaya gətirilməsi MÜTLƏQ BAŞ TUTACAQ
Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb
Azərbaycanda iki dərman vasitəsində qüsurlar aşkarlanıb, geri çağırılıb