Azərbaycan İdeyası

Pasxadan sonra hava düzələcək: Təbiətdə baş verən pozuntular “Qarı nənə”nin ömrünü uzadıb

Tarix:10-04-2025, 13:22
Baxış Sayı:68

Pasxadan sonra hava düzələcək: Təbiətdə baş verən pozuntular “Qarı nənə”nin ömrünü uzadıb

Mart ayında havanın qərarsız olmasından narahat olan qarı martın çıxmasına sevinərək bu sözləri deyir.

Bundan hiddətlənən mart isə apreldən 15 gün borc istəyir və havalar yenidən soyuyur.

Aprelin ilk 15 günü olan soyuq havaların xalq arasında “Qarının borcu” olaraq tanınması da bu rəyavətlə bağlıdır.

Mövzu ilə bağlı açıqlama verən AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil bildirib ki, xalq arasında hava şəraitinə dair təcrübi biliklərin ifadə olunduğu meteoroloji folklor yaradıcılığı hələ qədimdən mövcud olub.

A.Xəlil qeyd edib ki, təbiətdə baş verən hadisələri, xüsusilə hava şəraitini müşahidə etməklə xalq bu dəyişiklikləri proqnozlaşdırmağa çalışıb.

Onun sözlərinə görə, belə proqnozlar elmi baxımdan tam dəqiq olmasa da, əsassız da deyil. Onlar xalqın empirik müşahidələrinin nəticəsi kimi formalaşıb:

“Bu cür hava proqnozlaşdırmaları sadəcə inanc deyil. Bunlar uzun illər ərzində xalqın təbiəti müşahidə edərək formalaşdırdığı empirik düşüncələrin nəticəsidir. Sadəcə bu proqnozlar mütləq xarakter daşımır”.


Ağaverdi Xəlil: Qışın qarı obrazında canlandırılması onun tez yola salınması arzusunun simvolik formasıdır

Qışın “Qarı nənə” obrazında təsəvvür olunması da məhz xalqın bu fəslə münasibətinin simvolik ifadəsidir deyən folklorşünas nəzərə çatdırıb ki, qış aylarının insanlara yaratdığı çətinliklər bu obrazın inadkar və getmək istəməyən formada təqdim olunmasına səbəb olub.

Həmsöhbətimiz əlavə edib ki, qışın qarı obrazında canlandırılması onun tez yola salınması arzusunun simvolik formasıdır. Qarı nənənin getmək istəməməsi ilə bağlı mifoloji təsəvvürlər bu gün də xalq arasında yaşayır:

“Qış təqvim üzrə bitdikdən sonra havanın yenidən soyuması xalq düşüncəsində məhz Qarı nənənin havanı qarışdırması kimi dəyərləndirilir. Xüsusilə “Qarı nənə apreldən 15 gün borc alıb” kimi deyimlər bunun bariz nümunəsidir”.

A.Xəlil bu tip deyimlərin sadəcə maraqlı ifadələr olmadığını vurğulayıb. Dediyinə görə, onlar xalqın hava ilə bağlı düşüncə tərzini və təbiətlə münasibətini əks etdirən dərin mifoloji qatlara malikdir:

“Bu cür hava dəyişiklikləri təkcə bizdə deyil, digər xalqlarda da mövcuddur. Məsələn, xristianlar yaz aylarında havaların qeyri-sabit keçməsini Pasxanın çıxmasına qədər təbii hal kimi qəbul edirlər”.

Müsahibimizin fikrincə, müasir dövrdə iqlim dəyişikliyi və ekoloji balansın pozulması bu obrazların da dəyişməsinə səbəb olub:

“Əvvəllər Qarı nənənin ömrü 10-15 gün kimi təsəvvür olunurdusa, indi təbiətdə baş verən pozuntular bu ömrü uzadıb. Martın sonu, aprel və bəzən mayda belə soyuqların qayıtması xalqın bu obrazla bağlı deyimlərini daha da aktuallaşdırır”.

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026