İranda limanda partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Xəbər veririk ki, bu barədə İran mediası məlumat yayıb.
Qeyd edilib ki, 1205 yaralı var.
**12:28
İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.
Xəbər veririk ki, bu barədə İran mediası bildirib.
***10:55
İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində yaralananların sayı 1139 nəfərə çatıb.
Xəbər veririk ki, bu barədə İran hökuməti məlumat yayıb.
Partlayış nəticəsində 18 nəfər ölüb, 6 nəfər itkin düşüb.
***08:57
İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Hadisə zamanı yaralananların sayı isə 800 nəfərə çatıb.
***00:17
İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Xəbər veririk ki, bu barədə İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.
***
23:14
İranın Səhiyyə Nazirliyi Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Bəndər Abbasda ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Xəbər veririk ki, bu barədə “Tasnim” məlumat yayıb.
Nazirlik, “ammiak, kükürd dioksidi və azot dioksidi” də daxil olmaqla təhlükəli çirkləndiricilərin yayılması barədə xəbərdarlıq edib.
Nazirlik fövqəladə hallara cavab qruplarının yaradılmasını əmr edib.
Sakinlərə evdə qalmaq, açıq fəaliyyətlərdən çəkinmək və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
Həssas qruplara, o cümlədən tənəffüs və ya ürək xəstəlikləri olan insanlara, uşaqlara, hamilə qadınlara və yaşlılara N95 və ya P2 maskaları taxmaq tövsiyə olunub.
Səlahiyyətlilər həmçinin tez-tez üz yuyulmasını və qoruyucu geyimlərdən istifadə etməyi tövsiyə ediblər.
Qeyd edək ki, partlayış nəticəsində azı 8 nəfər ölüb, 750-dən çox insan yaralanıb. Partlayışın səbəbi kimi limanda saxlanılan təhlükəli kimyəvi maddələrin, o cümlədən raket yanacağı üçün istifadə olunan natrium perxloratın düzgün saxlanılmaması göstərilir. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Yanğın hələ də tam söndürülməyib. Liman ərazisində yanğının intensivliyi xeyli artıb.
***
22:07
İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Xəbər veririk ki, bu barədə “Tasnim” məlumat yayıb.
Yaralananların sayı isə 750 nəfərə çatıb.
Bildirilib ki, yanğın hələ də tam söndürülməyib.
***
20:45
Bəndər Abbasın Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 700-ü keçib.
Xəbər veririk ki, bu barədə Hörmüzqan əyalətinin böhranların idarə edilməsi üzrə baş direktoru Mehrdad Həsənzadə açıqlayıb.
Onun sözlərinə görə, yaralıların sayının artacağı istisna edilmir.
Yaralıların ehtiyac duyduğu qanı təmin etmək üçün Gilan, Tehran, Yəzd, Həmədan, Kirman, Şimali Xorasan və İsfahan əyalətlərindən Bəndər Abbasa qan göndərilib.
***
19:33
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Xəbər veririk ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.
"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.
17:06
***
İranda partlayış nəticəsində azı 4 nəfər ölüb.
Xəbər veririk ki, bu barədə “Tasnim” məlumat yayıb.
Partlayış nəticəsində yaralananların sayının 561 nəfərə çatdığı bildirilir.
İlkin məlumata görə, partlayış kimyəvi maddələr olan anbarda baş verib. Yanacaq çəninin partladığı bildirilir.
***15:25
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 406 nəfərə çatıb.
Bu barədə “Tasnim” məlumat yayıb.
***14:25
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
Xəbər veririk ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
14.34
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 115 nəfərə çatıb.
Xəbər veririk ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, xəsarət alan 115 nəfər xəstəxanalara yerləşdirilib.
***14:25
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.
Korrupsiya-q.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb.
Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.
***14:18
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb.
TASS-a istinadən verdiyimiz məlumata görə, bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.
"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib.
***14:04
İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.
Xəbər veririk ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.
Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.
Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.
Qeyd edək ki, İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.
***13:19
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.
“Tasnim” agentliyinə istinadən xəbər veririk ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.
Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil.
Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.