İki il əvvəl Azərbaycanın ən iri şirkətlərindən biri olan və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov tərəfindən yaradılan “Gilan Holdinq” MMC adının dəyişməsi (“Xəzri Solytions” MMC), eləcə də şirkətin İdarə Heyətinin sədri vəzifəsində Heydərovlarla qohumluq əlaqələri olduğu bildirilən Cəmil Muradovun şirkətin idarə heyətinin sədri vəzifəsində Mübariz Hüseynovla əvəzlənməsi şirkətlə bəzi fiziki və hüquqi şəxslər arasında mövcud mübahisələrin həllini düyünə salıb.
Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 5232-cü məhəllə, ev 12, mənzil 25 ünvanda məskunlaşmış Hacızadə Hüseyn Hacı oğlu “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetinə mürcaiət edərək, uzun illərdir müsbət həllinə çalışdıqları problemlə bağlı 17.04.2025-ci il tarixdə Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova göndərdiyi cinayət tərkibli işlərlə bağlı 260 səhifəlik materiala, habelə sökülmüş obyektin dəyərinin ödənilməsinə köməıklik göstərilməsi ilə bağlı müraciətinə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən verilmiş cavab məktubunun onu çox məyus etdiyini bildirmişdir.
Agentliyin H.Hacızadənin ünvanına göndərdiyi 05.05.2025-ci il tarixli, 3-18-2-H-2923-42/2025 saylı məktubda adresata xatırladılır ki, onun qaldırdığı məsələyə məhkəmədə baxılıb və müvafiq qərar verilmişdir: “Qüvvədə olan qanunvericiliyə əsasən, məhkəmə tərəfindən verilmiş qərara digər dövlət orqanının müdaxiləsi yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq qaldırılan məsələnin həlli ilə bağlı tərəfimizdən hər hansı köməklik göstərilməsi mümkün deyil”.
H.Hacızadə haqlı olaraq, aldığı cavab məktubunun müəllifi Dövlət Agentliyinin rəis müavini Zenfira Rzayevaya belə bir sual verir: “Nazir cənab Kəmaləddin Heydərova göndərdiyim cinayət tərkibli işlərlə bağlı 260 səhifəlik materialların Azərbaycan Respublikası Prezidentinin 30.09.2015-ci il tarixli, 1308 saylı Fərmanının və CPM-nin 45; 307 və 311-ci maddələrinin tələblərinə uyğun aidiyyəti dövlət orqanına göndərməyə sizə kim və nə mane olur?”
Daha sonra H.Hacızadə tələbini ortaya qoyur: “Mənə qarşı törədilən xüsusi ağır cinayət faktı ilə əlaqədar iş materiallarını aidiyyəti üzrə göndərmədiyiniz səbəbindən həmin iş materiallarını mənə qaytarmağınızı sizdən xahiş edirəm”.
H,Hacızadə eyni zamanda nazir müavinləri Orucəli Hacıyevin, Rəfail Mirzəyevin və Nazirliyin digər mənsublarının dəfələrlə qəbullarında olduğunu, həmin vəzifəli şəxslərin onun və ailə üzvlərinin məruz qaldıqları xüsusi ağır cinayət əməlləri nəticəsində dəyən maddi ziyanın kompensasiyanın ödənilməsi məsələsinin həllinin məhz nazir Kəmaləddin Heydərovdan asılı olduğunu bildirdiklərini xatırlatmışdır.
Bu cinayət faktları ilə əlaqədar “Ədalət” qəzetinin 15.06.2005-ci il tarixli buraxılışında “Qaçqınlar müəssisələrinin fəaliyyət göstərməsini istəyir, “Azərneftyağ” rəhbərliyinin isə məqsədi başqadır!!!” 02.11.2011-ci il tarixli buraxılışında isə “Ədalətli qərarın çıxarılmasının tərəfdarıyıq”, başlıqlı, “Təzadlar” qəzetinin 17-24.07.2007-ci il tarixli, 23(2013) saylı,28.04.2015-ci il tarixli 24(2353) saylı buraxılışlarında ““NSN” müəsisəsinin iddiasına baxılar , “Məcburi köçkün Kəmaləddin Heydərova müraciət etdi” və “Məcburi köçkün Prezidentə müraciət etdi”, “Korrupsiya və Qanun” qəzetində “Ali Məhkəmənin hakimləri - Ş.Hidayevi, A.Hüseynovu, Z.M.Quliyevi “NSN” kiçik müəssisəsinin təsisçilərinə qarşı xüsusi ağır cinayət əməlləri törətməyə kim və nə təhrik etmişdir?!” başlıqlı silsiləli məqalələr dərc edilib.
Qeyd edək ki, mübahisənin kökündə duran məsələ - Ağdam, Şuşa, Laçın rayonlarından olan qaçqın və köçkün ailələrinin işlədikləri, ailələrini dolandırdıqları, onların xüsusi mülkiyyətinə verilən və H.Hacızadənin təsisçisi olduğu “NSN” kiçik müəsisəsinin “Gilan Holdinq” şirkəti tərəfindən sökülməsi, ərazini “Gilan Holdinq”ə satan “Azərneftyağ” İstehsalat Birliyinin “NSN” kiçik müəssisəsinə əmlak üçün təklif etdiyi kompensasiyanın bazar qiymətlərinə qətiyyən uyğun gəlməməsi, mübahisənin çözülməsi üçün müraciət edilən məhkəmələrin ədalətsizliyi faktıdır.
Mövzuya qayıdacağıq.
“Əsli ilə doğrudur!
Baş redaktor: X.Ə.Quliyeva