Azərbaycan İdeyası

Səssiz müharibə: Mediada İsrail-İran qarşıdurmasının görünməyən cəbhəsi

Tarix:23-06-2025, 15:01
Baxış Sayı:9

Səssiz müharibə: Mediada İsrail-İran qarşıdurmasının görünməyən cəbhəsi

Müasir dövrdə münaqişələr yalnız döyüş meydanlarında deyil, informasiya məkanında da aparılır. Media qurumları və informasiya-kommunikasiya texnologiyaları artıq təkcə xəbərləri çatdıran vasitə deyil, həm də ölkələrin siyasi strategiyalarını həyata keçirdikləri güclü alətə çevrilib.

Xüsusilə beynəlxalq gərginliklərin artdığı dövrlərdə, məlumatın necə və kim tərəfindən təqdim edilməsi ictimai rəyin formalaşmasına, diplomatik mövqelərin sərtləşməsinə və hətta münaqişələrin gedişatına birbaşa təsir göstərə bilir. Belə vəziyyətlərdə media vasitələrinin rolu və məsuliyyəti daha da artır, çünki informasiya, doğru idarə olunmadıqda, silaha çevrilə bilər.

Bu kontekstdə, müxtəlif regionlarda yaşanan siyasi qarşıdurmalar mediada fərqli yanaşmaların, fərqli mövqelərin və fərqli informasiya strategiyalarının formalaşmasına səbəb olur. Bu fərqliliklərin analizi həm medianın funksiyalarını, həm də onun üzərindəki geosiyasi təsirləri daha dərindən anlamağa imkan yaradır.

İsrail və İran arasında baş verən son qarşıdurmalar və diplomatik gərginlik fonunda beynəlxalq və yerli media bu hadisələri necə işıqlandırır? Bu qalmaqalın təqdimatında hansı informasiya strategiyaları və manipulyativ yanaşmalar önə çıxır? Media obyektivliyi və ictimai rəyin formalaşdırılması baxımından bu gərginliyin əhatə olunması sizə görə nə dərəcədə balanslıdır?

Mövzu ətrafında fikirlərini bölüşən Milli Məclisin deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli bildirib ki, İsrail və İran arasındakı gərginlik yalnız hərbi əməliyyatlar və diplomatik qarşıdurmalar səviyyəsində deyil, həm də informasiya müstəvisində ciddi təsirlər yaradır. Bu iki ölkənin mediası hadisələri öz siyasi və geosiyasi maraqları istiqamətində şərh edir, beynəlxalq hüququn pozulması kimi həssas məqamları ört-basdır etməyə və ya fərqli məzmunlarla təqdim etməyə çalışır. Bu isə informasiya sahəsində manipulyasiya və tərəfkeşlik hallarını artırır:

"Digər tərəfdən, Azərbaycan mediası bunun fonunda daha neytral və tərəfsiz mövqe sərgiləməyə üstünlük verir. Azərbaycan KİV-ləri hadisələri mümkün qədər obyektiv təqdim edir, manipulyasiya və təhrif halları minimuma endirilir. Sözügedən yanaşma regionda informasiya mübarizəsində balansın qorunması baxımından önəmlidir".



Elçin Mirzəbəyli: Bu proseslər göstərir ki, media artıq sadəcə xəbərlər yayılan vasitə deyil, geosiyasi alətə çevrilib

Müsahibimizin sözlərinə görə, İranın təzyiq və müdaxilə cəhdləri isə informasiya savaşının daha da kəskinləşməsinə səbəb olur. Bu çərçivədə Türkiyənin bəzi media resursları da, qardaş ölkə olmasına baxmayaraq, hadisələri öz milli maraqları doğrultusunda və bəzən açıq şəkildə tərəflilik nümayiş etdirərək təqdim edir. Bu durum media müstəvisində mövqelərin qütbləşməsinə yol açır və regional informasiya sferasında parçalanmaya səbəb olur:

"Ümumilikdə, bu proseslər göstərir ki, media artıq sadəcə xəbərlər yayılan vasitə deyil, geosiyasi alətə çevrilib. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və yayılması bu sa
vaşda əsas rol oynayır. Hər bir ölkə və siyasi aktor informasiya resurslarını öz geosiyasi məqsədləri üçün istifadə edir, ictimai rəyi yönləndirməyə çalışır".

Sonda həmsöhbətimiz əlavə edib ki, bu mənzərə qarşısında medianın etik prinsipləri, obyektivlik və balanslı yanaşması daha da aktuallaşır. Media məkanında mövcud manipulyasiyalar və tərəflilik hallarının aradan qaldırılması doğru və dəqiq informasiya axınının təmin edilməsi yalnız jurnalistikanın deyil, bütövlükdə cəmiyyətlərin gələcəyi üçün vacibdir.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir