İyulun 11-də Milli Elmlər Akademiyasının konfrans zalında yazıçı-jurnalist Gülzar Namazovanın şanli ordumuzun 44 günlük tarixi qələbəsinə həsr olunan "VƏTƏN MÜHARİBƏSİ ENSKLOPEDİYASI" adlı kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov yazıçı-dramaturq Hüseynbala Mirələmov, Suraxanı rayon İcra başçısının müavini Elmar Hüseynov, yazıçı-jurnalist, "İNFORM-PRESS" qəzetinin təsisçisi və baş redaktoru, "TOMRİS" İ.B-nin sədri Gulnare Ismailzade Tomris , şair-jurnalist "Həkəri" qəzetinin baş redaktoru Rauf Ilyasoglu və bir çox görkəmli ziyalılar iştirak edirdi. Tədbirin aparıcısı şəhid General Polad Həşimovun adını daşıyan "Polad Tv"nin baş redaktoru İslam Ələsgərli idi.
Şəhid ailələrinin eləcədə görkəmli yazıçıların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi Zəfər Tariximizi nümayiş etdirən bu tədbir tarixin səhifəsinə qızıl hərflərlə həkk olundu...
Hərbi jurnalist İslam Ələsgərlinin kitabın müəllifi haqqında qələmə akldığı oçerki təqdim edirik:
“Gülzar Namazova (Gülzar Şəmkirli) Şəmkir şəhərində Böyük Vətəmn müharibəsi veteranı Əliyev Məşədi Məhəmməd oğlunun çoxuşaqlı ailəsində dünyaya göz açıb. O, sadə, zəhmətkeş bir ailədə böyüyüb boya-başa çatıb. Uşaqlıqdan yaşıdlarından bilik və bacarığı ilə fərqlənən Gülzar dərslərini əla qiymətlərlə oxuyaraq ailə-məişət işlərində də valideynlərinə kömək edərdi.
1973-cü ildə Şəmkir rayonunda orta məktəbi əla qiymətlərlə başa vuran Gülzar ali təhsil almaq üçün Bakıya gəlir və sənədlərini Azərbaycan Texniki Universitetinin axşam şöbəsinə təqdim edib. Məqsədi axşam şöbəsində təhsil almaqla yanaşı gündüzlər işləyərək ailəyə maddi dəstək olmaq idi. Qəbul imtahanlarını müvəffəqiyyəıtlə verib ali məktəbə qəbul olub. Və elə həmin ildə ilk əmək fəaliyyətinə başlayır. Zəhmətsevərliyi ilə və sadəliyi ilə kollektivin hörmətini qazanıb və eyni zamanda da özünəməxsus yaradıcı fəaliyyətini davam etdirib. Onun yazıları, bir-birindən gözəl şeirləri dövri mətbuatda mütəmadi olaraq dərc olunub.
1988-ci ildə düşmənlərin torpaqlarımızı məkrli işğalçılıq siyasətinə qarşı yaradılan ümumxalq hərəkatında iştirak edən Gülzar xanım o zaman “Döyüşəcəm sona qədər” şeirlər kitabını qələmə alıb. 1990-cı il 20 Yanvar hadisələri zamanı işğalçı sovet ordusunun törətdiyi faciələri öz kitablarında öz yazıları ilə, əsərləri ilə ifşa edən Gülzar Şəmkirli bir çox şeirlərini xalqa istinad etdi. Belə ki, bunlardan bir neçəsiin adını sadalaya bilərik: “20 Yanvar – İstiqlala gedən yol”, “Qərənfil”, “Mərd oğullara qurban”, “Əsgər yolu gözləyən qızlarımız”, “Sülhə gəlin, ey insanlar”, “Başını uca tut, ay Şuşa qızı”, “Yetecükdir bu savaşın bir zaman son vidası” adlı şeirlərini yazıb və çap elətdirib.
Xalqımızın ağır günlərində Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq məqsədilə “Qoşa Ulduz” jurnalını təsis edib və jurnalın üz qabığında ulu ödər, xalqımzın xilaskarı dahi Heydər Əliyev və cənab Ali Baş Komandan İlham Əliyevin qoşa şəkli işıqlanıb. Ümummilli lider Heydər Əliyev irsinin araşdırılması, tədqiqi və təbliği, eyni zamanda inkişaf etdirilməsi öhdəçiliyini öz üzərinə götürən bu beynəlxalq ictimai-siyasi jurnala rəhbərlik edən Gülzar Şəmkirli imzası cəmiyyətdə nüfuz qazanıb.
20 ildən artıq bu jurnal ölkəmizin uğurlarından, inkişafından, müstəqillik yollarında inamla addımlamasından bəhs edən dərgi oaraq cəmiyyətdə böyük oxucu auditoriyası toplamışdır.
2006-cı ildə İstanbulda keçirilən Dünya Azərbaycanlıları Konresinin tədbirlərində iştirak edən Gülzar Şəmkitrli “Haydı, Türk Dünyası, birləşək artıq” adlı poemasını yazıb və “İstanbul” qəzetində dərc elətdirib.
2009-cu ildə Gülzar Şəmkirlinin şeirləri Qırğızıstanda nəşr olunan “Ədəbiyyat və incəsən” jurnalında çap olunub.
2013-cü ildə “Arayın məni” şeirlər kitabı böyük oxucu auditoriyası toplamışdır. 2013-cü ildə Türkiyədə nəşr olunan iki hissəli “Avrasiya şairləri” antalogiyasında Gülzar xanımın şeirləri çap edlmiş və məhəbbətlə qarşıanmışdır.
Torpaqlarımızın ərazi bötövlüyü uğrunda canlarından keçən Milli Qəhrəmanlar Mübariz İbrahimov və Salatın Əsgərova haqqında yazdığı poema oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Özünəməxsus yaradıcılıq üslubu və dəsti-xətti olan Gülzar Şəmkirlini oxuculara sevdirən sadə, təmiz, lakonik dildə fikrini çatdırmaq bacarığıdır.
Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Əlibala Hacızadə, İsa Muğanna kimi dahilərilmizin Gülzar Şəmkirliyə dəyərli ürək sözlərini özünün 2020-ci ildə çapdan çıxmış “İnsanlıq manifesti” kitabında əks etdirmişdir.
Dünyada hökm sürən ədalətsiz siyasətin məntiqi davamı kimi torpaqlarımızın 30 ildən artıq işğala məruz qalması, xalqımıza qarşı törədilən qətliamlara, hərbi təcavüzə qarşı mübarizədə qələmini süngüyə çevirən Gülzar daim döyüş meydanındadır. O, özünün vətəndaşlıq borcunu təkcə qələmində deyil, həm də vətənpərvər ruhda böyüdüb tərbiyə etdiyi, boya-başa çatdılrdığı iki oğul övladında görüb. O, ədəbiyyatda bədii yaradıcılıq fəaliyyətinin son dörd illik dönəmində yaratmış olduğu “44 gün- Vətən müharibısi ensiklopediyası” kitabını ərsəyə gətirməklə Azərbaycanın ən yeni və şanlı tarixini yazmışdır. Torpaqlarımızı işğaldan azad edən, öz şücaəti ilə şanlı tarix yazan şəhid və qazilərin xatirələrini əbədiləşdirmişdir. Bu kitab nəinki Azərbaycanın, eləcə də dünya hərb tarixinə bir töhfə olaraq qalacaqdır.
Əziz şairəmiz Gülzar xanım, sizə uğurlar arzu edirik!”