Azərbaycan İdeyası

Köç karvanı Badaraya çatdı - YENİLƏNİB

Tarix:12-09-2025, 15:30
Baxış Sayı:6



Xocalının Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

Xəbər veririk ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndiliyini təmsil edən şəxslər iştirak ediblər.

Təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kənddə sakinlər üçün yaradılan şərait barədə məlumat verib.

O bildirib ki, Badara kəndində sakinlərin rahat yaşayışı və məşğulluğu üçün bütün zəruri infrastruktur qurulub, sosial və iqtisadi məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Qeyd edilib ki, Badara kəndi qısa müddət ərzində bərpa edilərək, elektrik enerjisi, içməli su və mavi yanacaqla təmin olunub. Sakinlərin qayğısız yaşayışı və dayanıqlı məskunlaşması üçün bütün imkanlar yaradılıb. Məşğulluqla bağlı məsələ də hər zamankı kimi prioritet olaraq qalır.

ANAMA-nın əməkdaşları da sakinlərlə təhlükəsizliyə dair maarifləndirici söhbət aparıb.

***

14:15

Bu gün Xocalı rayonunun Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

***

09:20

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu çərçivədə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə ilk köç karvanı yola salınıb.

Budəfəki mərhələdə Xocalı rayonunun Badara kəndinə Goranboy rayonundan – 8 ailə (28 nəfər), Bakı şəhərindən – 4 ailə (19 nəfər), Bərdə rayonundan – 1 ailə (4 nəfər), Gəncə şəhərindən – 1 ailə (4 nəfər) olmaqla cəmi 14 ailə (96 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə Beyləqan rayonundan – 4 ailə (17 nəfər), Bakı şəhərindən – 4 ailə (14 nəfər), Biləsuvar rayonundan – 1 ailə (6 nəfər), Abşeron rayonundan – 1 ailə (4 nəfər) olmaqla cəmi 10 ailə (41 nəfər) köçürülüb.

Beləliklə, 12.09.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocavənd rayonunun 3 yaşayış məntəqəsinə cəmi 30 ailə (125 nəfər), Xocalı rayonunun 6 yaşayış məntəqəsinə isə cəmi 412 ailə (1734 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ