Azərbaycan İdeyası

Zığ-Hövsan kanalizasiya kollektoru tikilir +VIDEO

Tarix:12-11-2025, 15:42
Baxış Sayı:4



Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı suları üçün sutəmizləyici qurğuların tikintisi layihələrinə başlanıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Məlumata görə, Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm layihələrdən biri də Zığ-Hövsan kanalizasiya kollektorunun tikintisidir. Layihə çərçivəsində ümumi uzunluğu 28 kilometr olan yeni kollektor xəttinin inşası, həmçinin müasir tələblərə cavab verən nasos stansiyasının qurulması planlaşdırılır.

Bu layihə nəticəsində "Şəhərkənarı" kanalizasiya kollektorunun istismar vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq, tullantı sularının idarə olunması prosesi daha səmərəli və təhlükəsiz şəkildə təşkil ediləcək. Bununla yanaşı, layihə Bakı buxtasının ekoloji durumunun qorunmasına mühüm töhfə verəcək.

Kollektorun fəaliyyət sahəsinə Xətai rayonunun bir hissəsi, eləcə də Suraxanı rayonunun Zığ, Hövsan, Bahar və Dədə Qorqud qəsəbələri daxil olacaq. Bu ərazilərdə yaşayan əhalinin kanalizasiya və tullantı sularının idarə olunması ilə bağlı mövcud problemləri aradan qalxacaq, mühəndis-kommunikasiya infrastrukturu daha dayanıqlı sistemə çevriləcək.

Layihənin icrasına 2025-ci ildə başlanılıb və bütün tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi riayət olunacaq.

Zığ-Hövsan kollektorunun inşası zamanı yeraltı mikrotunel texnologiyasından da istifadə olunacaq. Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.

Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.


OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı