Azərbaycan İdeyası

Azərbaycanda müşahidə olunmuş faktiki hava açıqlanıb

Tarix:17-02-2017, 11:46
Baxış Sayı:800

 Azərbaycanda müşahidə olunmuş faktiki hava açıqlanıb
Fevralın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində fevralın 16-sı gündüzdən 17-si səhərədək qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-11, Lənkəran-Astara zonasında 3- 35, Kiçik Qafqazda 2-9, Böyük Qafqazda 3-17, Mərkəzi-Aran rayonlarında 1-13, Qazax-Gəncə zonasında 1-7 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 24, Maştağada 9, Zabratda 5, Qumyataqda 3, Ələt, Sumqayıtda 2, Pirallahıda 1, Binədə 0,4, Lənkəran-Astara zonasında: Rvarudda 91, Lerikdə 70, Kəlvəzdə 36, Yardımlıda 33, Lənkəranda 25, Göytəpədə 23, Astarada 20, Kiçik Qafqazda: Göygöldə 18, Daşkəsəndə 15, Gədəbəydə 7, Böyük Qafqazda: Sarıbaşda (Qax) 59, Altıağacda 40, Kişçayda (Şəki) 28, Xaltan, Qusar, Qəbələdə 25, Qubada 22, Şamaxıda 20, Şabran, Qırız, İsmayıllıda 19, Şəkidə 16, Xaçmaz, Oğuzda 10, Mərəzədə 6, Xınalıqda 5, Naxçıvan MR-da: Ağdərədə 63, Şahbuzda 37, Naxçıvanda 31, Şərurda 20, Ordubadda 2, Mərkəzi-Aran rayonlarında: Ağsuda 15, Bərdədə 13, Göyçay, Yevlaxda 9, Beyləqanda 8, Qazıməmməd, Zərdab, İmişlidə 6, Biləsuvarda 4, Neftçalada 3, Salyanda 1, Kürdəmirdə 0,8, Qazax-Gəncə zonasında: Tərtərdə 15, Ağdamda 6, Gəncədə 5, Ağstafada 3, Tovuz, Naftalanda 2, Şəmkirdə 1 sm olub.
Havanın minimal temperaturu fevralın 16-da Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 1-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı