Azərbaycan İdeyası

Ziya Məmmədovun ardınca hansı nazir öz postuyla vidalaşacaq…..???-Xəbəriniz olsun

Tarix:17-05-2017, 12:52
Baxış Sayı:521

  Ziya Məmmədovun ardınca hansı nazir öz postuyla vidalaşacaq…..???-Xəbəriniz olsun

Məmmədovlar klanı “son qala”nı təhvil vermək üzrə; 2013-cü ildə Hesablama Palatasının sədri olan Heydər Əsədov məhz o vaxtlar qüdrətli hesab olunan Məmmədovların sayəsində nazir postuna yiyələnmişdi; Kənd Təsərrüfatı Nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi müzakirə olunur
Bu ilin fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov ətrafında proseslər son günlər yenidən fəallaşıb. Keçmiş nəqliyyat nazirinin özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını – hotellərdən tutmuş restoranlaradək satmaq niyyətində olduğu xəbərlərini nə nazir, nə də onun yaxın ətrafı təkzib etməyib.
Bir neçə gün əvvəl isə Bakı Beynəlxalq Avtovağzalı Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Bu, bir daha təsdiqləyir ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri sürətlə itirmək təhlükəsi ilə üzləşiblər.
Z.Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı işlərini buraxaraq birdəfəlik Londona yerləşdiyi və ölkəyə qayıtmaq niyyətinin olmadığı deyilir. Doğrudur, belə xəbərlər də tirajlanıb ki, tezliklə “Garant-Holdinq”in başına Z.Məmmədov özü keçəcək və şirkətlər qrupu əvvəlki nüfuzunu bərpa edəcək. Amma bu xəbərlər gerçəklikdən daha çox “hələ təslim olmamışıq” mesajına bənzəyir. Çünki gələn xəbərlər onu deməyə əsas verir ki, tezliklə nazirin qudası – kənd təsərrüfatı naziri Heydər Əsədov da hakimiyyətdəki postu ilə vidalaşmalı olacaq.
Məlumdur ki, 2013-cü ildə Hesablama Palatasının sədri olan Heydər Əsədov məhz o vaxtlar qüdrətli hesab olunan qudası Z.Məmmədovun sayəsində nazir postuna yiyələnmişdi. Bu təyinat Məmmədovların gücünə əlavə güc də qatmışdı. Amma prezident İlham Əliyevin prioritet sahə hesab etdiyi kənd təsərrüfatını H.Əsədov dirçəldə bilmədi. Onun rəhbərliyi dövründə də torpaqlardan istifadədə hökumət istədiyi nəticəni görə bilmədi, nazirliyə isə rüşvət ittihamları daha da artdı. Təsadüfi deyil ki, ötən ay pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində H.Əsədova söz belə verilmədi. Bu isə diqqətdən qaçmadı və “H.Əsədov da nazir kreslosu ilə vidalaşmalı olacaq” iddialarını artırdı.
Bildirilir ki, struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ləğvi nəzərdə tutulur. Bildirilir ki, ləğv ediləcək nazirliklərin və ASC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilərək bunun bazasında Kənd Təsərrüfatı və Ekologiya Nazirliyinin yaradılması layihəsi var: aqrar sektorun prioritet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq. Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, yaxın vaxtlarda elan ediləcək. Bu qurumların birləşdirilməsi ilə yanaşı orda işləyənlərin də sayının 50-60 faiz ixtisarı gözlənilir.
Başqa bir mənbə isə “Yeni Müsavat” a deyib ki, H.Əsədovun rəhbərlik etdiyi nazirliyin İqtisadiyyat Nazirliyinə birləşdirilə biləcəyi daha realdır. Kənd Təsərrüfatı Nazirliyinin ləğvi və onun səlahiyyətlərinin başqa nazirliklər arasında bölüşdürülməsi xeyli müddətdir hakimiyyət çevrələrində müzakirə edilir. Əsas arqument bu idi ki, kənd təsərrüfatı müəssisələrinin mütləq əksəriyyəti özəlləşdirildiyi halda, aqrar sektorun idarə edilməsi üçün ayrıca bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur, nazirliyin ən vacib funksiyaları başqa nazirliklərə verilməklə bu qurumu ləğv etmək daha effektlidir. İddia olunur ki, hazırda iqtisadiyyatın əsas ağırlığı iqtisadiyyat naziri Şahin Mustafayevin üzərinə qoyulub və bu səbəbdən də nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi daha uyğun variant ola bilər. İqtidarın da qeyri-neft sektorunun inkişafında Şahin Mustafayevə daha çox etimad göstərdiyi söylənilir.
H.Əsədov Məmmədovların iqtidardakı “son qalası” hesab olunurdu və gələn xəbərlər belə deməyə əsas verir ki, artıq onu da itirməklə üz-üzədirlər. Maraqlıdır ki, bu arada nazirin Londonda oxuyan oğlunun Britaniya paytaxtının küçələrində “Porsche” maşını ilə “at oynatdığı” xəbərləri də yayılıb. (musavat.com)

OXŞAR XƏBƏRLƏR
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası