Azərbaycan İdeyası

Nail Allahverdiyevin törətdiyi qəzanı kim gizlədib?

Tarix:17-08-2017, 16:56
Baxış Sayı:703


 Nail Allahverdiyevin törətdiyi qəzanı kim gizlədib?

Ötən həftənin media gündəmini zəbt edən baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməsi bəzi dairələrin, o cümlədən millət vəkillərinin də hadisəyə münasibət sərgiləmələri ilə yadda qaldı.
Korrupsiya və Qanun saytı Aropa.info ya istinad laraq xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan deputat Astan Şahverdiyevin isə heç nəyə “dərman” olmayan, əslində müdafiə xarakterli bəyanatı məsələnin daha da gərginləşməsinə əsas verdi. Astan Şahverdiyevi baş nazirin müavinini,eləcədə “Qaçqınkom”-un sədrini müdafiə etməsinə nə vadar edirdi?
Avropa. info-nun əldə etdiyi məlumata görə, Astan Şahverdiyev özünün və qohumlarının əldə etdiyi bütün imtiyazları məhz baş nazirin müavini Əli Həsənovun sayəsində əldə edib. Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, o cümlədən digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir. İddialara görə, qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasını məhz Eyvaz Şahverdiyev gizlədə bilib. Eyvaz Şahverdiyevin Bakı Dövlət Yol Polisində intelektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa bu şəxsin nəzarətində olduğu qeyd edilir. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb. Qeyd edək ki, hadisə baş verəndən bir gün sonra, deputat Astan Şahverdiyev də Nail Allahverdiyevin hadisə yerində olmadığını, avtomobili onun idarə etmədiyini bildirirdi.
Daha maraqlı məqamlardan biri isə baş nazirin müavini kimi Əli Həsənovun sədr olduğu Narkomanlığa qarşı mübarizə üzrə dövlət komissiyasında da Astan Şahverdiyevin digər qardaşı oğlu Fərid Şahverdiyevin işləməsidir. Fərid Şahverdiyev Əli Həsənovun rəhbərlik etdiyi komissiyada yüksək vəzifə tutur.
Bundan başqa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olan, məlum hadisələrlə bağlı hal-hazırda həbs olan Vüsal Ələkbərovun da Astan Şahverdiyevin qardaşının kürəkəni olduğu bildirilir. Beləliklə Əli Həsənovun himayəsi altında bütün qohum əqrabalarına vəzifə verdirən Astan Şahverdiyevin Əli Həsnovu müdafiə etməsində səmimiyyət yox,digər amillərin olduğu ortaya çıxır.
Sahibsiz heyvanalara sığınacaq tikildi Bomj ona sığınacaq verən şəxsin evini taladı Bu gün Şəhid mayorumuzun doğum günüdür- FOTOLARBu xəstəlik tilsimdən yaranır – Psixoloq məsləhəti İşinizdə uğur qazanmaq üçün, mütləq oxuyun...İdrak Liseyi - Keyfiyyətli təhsilN.Tusi adına Klinika

OXŞAR XƏBƏRLƏR
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Bu gecə sonuncu Qədr gecəsidir
Bu gecə sonuncu Qədr gecəsidir
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ