Azərbaycan İdeyası

NƏ ÜÇÜN YATARKƏN AĞZIMIZDAN SU GƏLIR? - BILMƏDIYINIZ SƏBƏBLƏR

Tarix:20-11-2019, 11:20
Baxış Sayı:273

Ağız suyu - ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq üçün ifraz edilən mayedir. Son illərdə yatarkən ağzınızdan su gəlməsi tez-tez rast gəlinən hal olub. Bir çoxları yatarkən bunu hiss etmədiyi üçün problemə ciddi yanaşmır. Ağızdan su axmasının bir neçə səbəbi ola bilər.
Korrupsiya-q.az medicina.az-a istinadən ağzı açıq yatmaq və bu şəkildə oyanan zaman ağızdan su gəlməsi səhv yuxu pozası, diş problemləri, allergiya, reflüks, parkinson xəstəliyi, diş çıxarma, dərmanların əks təsirləri, sinir sistemi pozğunluqları, ağız anatomiyasında problem və ya qıl qurdu kimi təsirlərin nəticəsidir.
Buna adətən kiçik uşaqlarda və körpələrdə rast gəlinir, amma müəyyən yaş kateqoriyasına aid edilmir. İstənilən yaşda insan bu xoşagəlməz halla üzləşə bilər.
Ağız quruluşunuz da tüpürcək axmasına səbəb ola bilər. Bəzi insanlar, yatarkən dodaqlarını bağlamaqda çətinlik çəkər. Dilin böyük olması, genişlənmiş badamcıq, çapraz dişlərdən, ya da şişmiş burun əti də dodaqların bağlanmasına çətinlik yaradır.
Qarşısını necə almalı?
Yuxuda olan zaman ağzınızdan su axması məlum olmayan sağlamlıq problemindən də ortaya çıxa bilər. Ən yaxşı müalicə üsulunu təyin etmək üçün əvvəlcə problemi müəyyənləşdirməlisiniz. Vaxt itirmədən allergiya, zəhərlənmə, sinus infeksiyası, badamcıqlar, diş problemləri və ya ruh və sinir xəstəlikləri kimi xəstəliklərin müalicəsi üçün həkimə müraciət edin.
Ağzınızdan su gəlməsi hər hansı ciddi xəstəlik əlaməti deyilsə, öz üsullarınızla bunun qarşısını ala bilərsiniz. Məsələn, yastıq alçaqdırsa, onu hündürüylə dəyişdirə bilərsiniz.
Həmçinin şübhəli dərmanlardan istifadə etdikdə orqanizminizdə dəyişiklik yaranırsa, həkiminizə bildirin. Burun əti və ya anatomik pozğunluq olursa, qulaq, burun, boğaz həkiminə gedib vəziyyət aydınlaşdırın və müvafiq müalicəyə başlayın.
Həkimlər kürəyi üstə yatmağı tövisyə edir. Çünki belə yatmaq ağız suyunun, boğazdan aşağıya doğru axmasını təmin edir. Arxasıüstə yatmağa başlasanız, vəziyyətinizdə əhəmiyyətli dəyişiklik olduğunu görəcəksiniz. Bədəninizin şaquli vəziyyətdə olması kömək edəcək ki, ağzınız qapalı qalsın.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı