Azərbaycan İdeyası

Xəzərdə 2 balıqçı batıb

Tarix:29-07-2022, 10:40
Baxış Sayı:151

Xəzərdə 2 balıqçı batıb

Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batmaları barədə məlumat daxil olub.

FHN-dən "Korrupsiya və qanun" qəzetinə verilən xəbərə görə, məlumat alındıqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Havanın qaralması səbəbindən axtarışlar axşam saatlarında müvəqqəti dayandırılıb.

Küləkli hava şəraiti və dənizin dalğalı olması axtarış işlərini çətinləşdirsə də FHN-in dalğıc-axtarış qrupu bu gün səhər saatlarından etibarən yenidən axtarışlara başlayıb. Eyni zamanda, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin hadisə baş vermiş ərazinin yaxınlığındakı sahil məntəqələrində xidmət aparan şəxsi heyəti də axtarışlar aparır.

Əlavə məlumat veriləcək.

Korrupsiya və qanun

OXŞAR XƏBƏRLƏR
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Qaxda kafedə qan töküldü
Qaxda kafedə qan töküldü