Azərbaycan İdeyası

Bakıda evlərdən 33 min manatlıq oğurluq olub

Tarix:10-08-2022, 13:01
Baxış Sayı:75

Bakıda evlərdən 33 min manatlıq oğurluq olub

Bakıda evlərdən oğurluq edilib.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 19160 manat dəyərində pəncərə, kombi, elektrik naqili və çilçıraq oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Muradov saxlanılıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki evlərin birindən 14125 manat dəyərində televizor, mobil telefon, noutbuk, planşet, modem, skuter, samovar, tozsoran və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ə.Maşallayev və X.Sadıxova saxlanılıblar.

Şəxsi axtarış zamanı Ə.Maşallayevdən metamfetamin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı