Azərbaycan İdeyası

Arvadını öldürən hakim və qayınatası Ali Məhkəməyə müraciət edib

Tarix:10-08-2022, 16:54
Baxış Sayı:60

Arvadını öldürən hakim və qayınatası Ali Məhkəməyə müraciət edib

Bakıda arvadını öldürməkdə təqsirli bilinərək 7 il azadalıqdan məhrum edilmiş sabiq məhkəmə hakimi Fəqan Əhmədov və zərərçəkmiş şəxsin hüququ varisi Süleyman Quliyev apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verib.
Korrupsiya və qanun qəzeti APA- ya istinad xəbər verir ki, Ali Məhkəməyə göndərilən şikayət ərizəsində hadisənin qəsdən törədilmədiyi qeyd olunmaqla Fəqan Əhmədovun əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsi, barəsində həbslə bağlı olmayan cəza təyin olunması xahiş edilib.
Kassasiya şikayətində Fəqan Əhmədovun yetkinlik yaşına çatmayan 3 övladının hadisədən sonra psixi gərginlik yaşadıqları, təqaüdçü nənə-babalarının uşaqlara baxmaqda çətinlik çəkdikləri bildirilib.

İttiham olunan sabiq hakim və qayınatası göstərilən halları nəzərə alaraq yüksək instansiya məhkəməsi tərəfindən humanist qərar qəbul ediləcəyinə ümid etdiklərini vurğulayıblar.

Xatırladaq ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə ilə bağlı Fəqan Əhmədov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Əhmədov qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sonradan Bakı Apellyasiya Məhkəməsi Fəqan Əhmədovun həbs müddətini 7 ilə endirib.

Korrupsiya və qanun

OXŞAR XƏBƏRLƏR
Ölkədə maaşlar artır - Fevraldan etibarən...
Ölkədə maaşlar artır - Fevraldan etibarən...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?