Azərbaycan İdeyası

Astan Şahverdiyevin ölümünün təfərrüatı: Oteldə dünyasını dəyişib

Tarix:16-04-2018, 12:06
Baxış Sayı:384


 Astan Şahverdiyevin ölümünün təfərrüatı:  Oteldə dünyasını dəyişib


Milli Məclisin deputataı Qusarda keçindi. İstiPress-in Şimal bürosunun məlumatına görə, 120 saylı Qubadlı-Cəbrayıl DSK-dan deputat seçilmuş deputatı Astan Şahverdiyev aprelin 15-i səhər saat 8 radələrində Qusarda dincəldiyi istirahət mərkəzində dünyasını dəyişib.
Məlumata görə, o hadisədən bir gün əvvəl Misirxan adlı dostu ilə Qusara gəlib və yenicə fəaliyyətə başlamış "Şato" adlı istirahət mərkəzində qalıb. Paytaxtdakı ali məktəblərin birinin müəllimi olan Mehdixan səhər saat 07:00 radələrində dostunu səhər yeməyinə dəvət etmək üçün otağının qapısını döyüb. Bu zaman Astan Şahverdiyev dostuna özünü pis hiss etdiyini deyib. Dərhal təcil yardım çağrılıb və həkim briqadası tez istirahət mərkəzinə gəlib. Amma təcili yardım gələnədək Milli Məclisin üzvü keçinib.
Mərhumun qəfil ürək tutmasından keçindiyi ehtimal edilir. Astan Şahverdiyevin ağ ciyər xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Dərhal hadisə yerinə Qusarın hüquq-mühafizə orqanlarının rəsmiləri gəlib və deputatın keçindiyi istirahət guşəsi müayinə olunub. Mərhumun ailəsi və yaxınları məlumatlandırılıb və ailə üzvlərinin iştirakı ilə Astan Şahverdiyevin cənazəsi Bakıya aparılıb. Milli Məclisin Qusardan seçilmiş deputatı Azər Badamovun İstiPressə verdiyi məlumata görə, mərhum həmkarı Qaradağ rayonundakı Lökbatan qəbristanlığında dəfn edilib.
Xatırladaq ki, adıçəkilən deputat bir müddət öncə Rusiyaya qazanc dalınca gedən həmvətənlərimizi "otxod" adlandıraraq təhqir etmişdi. Azxeber.com

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı