Azərbaycan İdeyası

Astarada partlamamış top mərmisi zərərsizləşdirildi

Tarix:11-06-2016, 17:13
Baxış Sayı:340

Astara rayonunun Ərçivan kənd sakini Nahid Qulamov həyətyanı torpaq sahəsində kanaltəmizləmə işləri görərkən döyüş sursatı aşkarlayıb. APA TV-nin Cənub bürosunun xəbərinə görə, Nahid Qulamov tapıntı barədə dərhal Astara Rayon İcra Hakimiyyətini və Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzini məlumatlandırıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu dərhal Astara rayonuna ezam olunub. Qrup tərəfindən Ərçivan kənd sakini Nahid Qulamovun həyətyanı torpaq sahəsinə baxış keçirilirkən oradan 1 ədəd partlamamış hərbi sursat -122-mm-lik top mərmisi aşkar edilib. Mərminin üzərində isə döyüş başlığının olduğu müəyyənləşdirilib.
ANAMA-nın əməliyyat meneceri Böyükağa Haqverdiyev aşkarlanan hərbi sursatın tam işlək vəziyyətdə və təhlükəli olduğunu, vaxtında müvafiq qurumlara xəbər verilmədiyi təqdirdə hər hansı bədbəxt hadisənin baş verəcəyinin istisna edilmədiyini bildirib.


Qeyd edək ki, top mərmisinin həyətyanı əkin sahəsinə nə vaxt və hansı şəraitdə gətirilib basdırıldığı məlum deyil. Yerli sakinlərin sözlərinə görə, həmin ərazidə postsovet dövründə yerli sovxoza məxsus kənd təsərrüfatı texnikası saxlanılıb.

Aşkarlanan hərbi sursat təhlükəsizlik tədbirləri çərçivəsində mütəxəssislər tərəfindən xüsusi qaydada partladılaraq zərərsizləşdirilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı