Ermənilərin 25 il əvvəl Xocalıda həyata keçirdikləri soyqırımın ildönümündən bir neçə gün keçsə də, hələ də yerli və əksər beynəlxalq kütləvi informasiya vasitələri Xocalı dəhşətlərindən yazır, onun Azərbaycan xaqlına qarşı bir soyqırım olduğunu qeyd edirlər. Bu günlər xüsusilə xarici ölkə KİV-ləri məhz soyqırımın 25 illiyi günündə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi milyonların yürüşündən bəhs edir. Ekspertlər hesab edir ki, bu kimi tədbirlər Xocalı soyqırımnının dünyaya daha yaxından çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Millət vəkili Azər Badamov da bunun əhəmiyyətindən danışıb.
-Azər müəllim, fevralın 26-da Azərbaycan xalqı Prezident İlham Əliyevin iştirakı ilə Xocalı yürüşü həyata keçirdi. Bu yürüş Xocalı soyqırımının dünyaya tanıdılması, başımıza gətirilən faciələrin beynəlxalq aləmə duyurulması baxımından nə dərəcədə əhəmiyyətli idi?
-Milyonların qatıldığı fevralın 26-da keçirilmiş Xocalı yürüşü erməni vəhşilərinin başımıza gətirdiyi faciənin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyırdı. Bu yürüş bütün dünyanın diqqəti mərkəzində oldu. Dünyanın ən oxunan və baxılan mətbu orqanlarında işıqlandırıldı. Yürüşün belə izdihamlı olması və orda da müxtəlif şüarların və şəkillərin nümayişi xüsusilə beynəlxalq ictimaiyyətin diqqətini çəkdi. Xocalı yürüşü dünyada Xocalı soyqırımını tanıtmaq baxımından böyük əhəmiyyətə malikdir. Məlumatı olmayan milyonlarla dünya ictimaiyyətində bu yürüş Xocal soyqırımı haqqında maraq yaratdı. Yürüşdə dövlət başçımızın ailəsi ilə iştirak etməsi, dövlət rəsmilərin olması və milyonlarla insanın qatılması Xocalı soyqırımının ölkəmiz üçün böyük faciə olduğunu təqdim etməyə imkan verdi.
-Yürüşdə dövlət başçısı və onun xanımının da iştirak etməsi Azərbaycan Prezidentinin hər zaman istər xoş günlərdə, istərsə də faciələrdə xalqla bir yerdə olduğunun göstəricisi sayıla bilərmi?
-Həm 5 il bundan əvvəl, həm də soyqırımın 25 illiyində cənab prezdent xanımı və ailəsi ilə bir yerdə milyonların önündə olaraq Xocalıya ədalət yürüşündə iştirak etdi. Ölkə başçımız hər zaman xalqın həm xoş günündə, həm də faciəli günündə onun yanında olur. Həmişə ölkəni, torpagı, vətəni , xalqı düşünür. Dünyada ikinci bir dövlət başçısı yoxdur ki, bu qədər regionlara səfərlər etsin, sosial infrastruktur layihələrinin açılışlarında iştirak etsin, xalqın içində olsun. Cənab İlham Əliyev özünü və ailəsini xalqdan ayrı görmür. Ona görə də xalqın ürəyinə yol açıb, Məhz ona görə də hamı prezdenti dəstəkləyir və hər zaman onun yanındadır.
-Faciənin 20 illiyində də anoloji yürüş keçirilmişdi. Keçən 5 il ərzində dünya Azərbaycanın bu səsinə nə dərəcədə səs verdi və Xocalı soyqırımının tanınması istiqamətində addımlar atdı?
-Bəli. Düz qeyd edirsin . 2012-ci ildə də biz Xocalı qətliamının 20 illiyi ilə bağlı milyonların iştirakı ilə yürüş keçirmişdik. Həm də dünyanın ayrı-ayrı ölkələrində Xocalıya ədalət kampaniyası çərçivəsində çoxlu tədbirlər, görüşlər təşkil olundu, video materialları nümayiş etdirdik. Məhz belə aktiv fəaliyyətin nəticəsidir ki, dünyanın 20-dən çox parlamentində Xocalı qətliamı ilə bağlı qətnamə qəbul olunub. ABŞ-ın 23 ştatıında Xocalı soyqırımı tanınmışdır. Biz çalışmalıyıq ki. bütün dünya bu soyqırımı tanısın. Bu istiqamətdə uğularımız çoxdur, amma kifayətlənmək, dayandırmaq olmaz.
-Sizcə, hələ də əksəriyyət ölkələrin bu hadisəni soyqırım kimi tanımaması günümüzdə də ikili standartların mövcud olduğundan xəbər vermirmi?
-Burada ən əsas məsələ bizim müsəlman , erməninin xristian olmasıdır. Ona görə də biz nə qədər çalışsaq da, bəzi ölkələr üzümüzə gülüb başını yellətməklə arxada erməniyə dəstək dururlar. Məhz ona görə də beynəlxalq hüquq və tələblər bizim tərəfdə olsa da, qətnamə və bəyanatlar icra olunmur, torpaqlarımız 25 ildir işğal altında qalmaqdadır. Dünyadakı iki yanaşmaların və ikili standartların göstəricisidir ki, Xocalıda törədilənin soyqırım olduğunu bilə- bilə onu tanımaqda çətinlik çəkirlər. Biz isə çalışmalıyıq ki, o ikili standartlardan məsələyə yanaşanların bizə baxışları dəyişsin. Haqq ədaləti yüksək tutsunlar və hər şeyi necə varsa eləcə də qəbul etsinlər. Düşünürəm ki, biz buna nail olacayıq.
-Ümumiyyətlə, bu sahədə aparılan işlər, təbliğat xarakterli addımlar yetərli sayıla bilərmi?
-Nə qədərki Xocalı qətliamı öz ədalətli həllini tapmayıb, biz təbligat kompaniyasının əhatə arealını genişləndirməliyik. Çalışmalıyıq ki, bütün dünya erməni vəhşiliklərini yaxından tanısın və öz ədalətli mövqelerini bidirsinlər. Çalışmalıyıq Xocalı qətliamının təşkilatçıları beynəlxalq hərbi tribunalında mühakimə olunsun . Onlar gec -tez öz cəzalarını almalıdırlar. Biz Xocalı ilə bağlı təbliğat işlərini hətta torpaqlarımızın işğaldan azad etdikdən sonra da davam etdirməliyik. Çünki, bu Tariximizin qanlı səhifəsidir. Necə ki, dünyada tanınmış Ruanda, Halakost qırğınları unudulmur, eləcə də Xocalı qırğını da unudulmamalıdır. Əgər Xocalı qətliamını unutsaq, nə vaxtsa düşmən yenə öz çirkin niyyətlərinə əl ata bilər. Necə ki, Gəncə, Bakı, Quba, Şamaxı və.s qırgınları unutmuşduq və ona görə də Xocalı təkrar olundu. Biz həmişə düşmənə qarşı ayıq olmalıyıq. Düşmənə fürsət verməməliyik. Gələcəkdə, on illər sonra da biz gənc nəsilimizə erməni vandalların vəhşiliklərini xatırlamalıyıq. Ermənilərin törətdikləri vəhşiliklərin təbliğatı ilə bağlı işlər heç vaxt yetəri sayla bilməz və bu gündəlik iş olaraq sistematik davam etdirilməlidir.(olaylar.az)