Azərbaycan İdeyası

Bağlanan bankın 100-dən çox əmanətçisinə pul qaytarılmır

Tarix:17-06-2020, 11:33
Baxış Sayı:165


Azərbaycanda bağlanan daha bir bankda əmanətçilərin bir hissəsi xoşagəlməz sürprizlə qarşılaşıblar.
Korrupsiya-q.az FED.az-a istinadən xəbər verir ki, AMB-nin qərarı ilə lisenziyası ləğv olunan və müflis elan edilən "NBC Bank"ın bir sıra əmanətçilərinə bildirilib ki, onların əmanətləri sığortalanmayıb. Səbəbi odur ki, onlar banka əmanət qoyduğu müddətdə artıq "NBC Bank"a əmanət qəbul etmək qadağan edilibmiş. Əmanətçilərə indi məlum olub ki, 2020-ci il yanvarın 27-dən etibarən Mərkəzi Bank "NBC Bank"ı əmanət qəbul etməyi qadağan edib, amma bank bu qadağaya baxmayaraq əmanət qəbul etməkdə davam edib. Nəticədə həmin tarixdən sonra banka pul yatıran 100-dən çox əmanətçi indi əmanətini ala bilmir.
Əmanətçilər bildirir ki, azı 100 nəfər banka məhz bu tarixdən sonra əmanət yatırıb.
Bankın əmanətçisi İlqar İmanov bildirib: "Mən aprelin 1-də banka 30 min manat yerləşdirmişdim, ama indi banka gedirəm, mənə deyirlər ki, həmin vaxt bankın əmanət götürmək hüququ olmayıb və qaytarıla bilməyəcək. Məndən başqa da banka həmin vaxtlarda, məsələn mart ayında 12 min manat, 20 min manat və sair məbləğdə əmanət yatıranlar var. Onlar da pullarını ala bilmirlər. Biz haradan bilə bilərik ki, banka əmanət yatırmaq qadağan edilib, banknı özü bunu bildirməyibsə, biz necə bilək? İstəyirik ki, Mərkəzi Bank və fond məsələyə aydınlıq gətirsin və pulumuz qaytarılsın".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı