Azərbaycan İdeyası

“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

Tarix:8-07-2020, 15:45
Baxış Sayı:136


“Azərenerji” ASC reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirir. Bunun üçün 330 kilovoltluq “Yaşma” yarımstansiyasında 120 MVAr gücündə, 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində isə 180 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor quraşdırılır.
Qurumdan Metbuat.az-a verilən məlumata görə, yeni reaktorlar Azərbaycan enerjisisteminin 2 əsas düyün nöqtəsində qoyulur. Daha dəqiqi, sistem əhəmiyyətli yarımstansiyaları əlaqələndirən əsas 330 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətlərinin birləşdiyi və yük axınları olan yerlərdə böyük güclü idarəolunan şuntlayıcı reaktorlar quraşdırılır. Çünki hazırk vəziyyətdə 330 kilovoltluq sistemtəşkiledici xətlərdə mövcud olan reaktiv tutum gücləri onların yük ötürmə qabiliyyətini azaltmaqla bərabər, itkilərə səbəb olurdu. Layihə gerçəkləşəndən sonra isə şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq xətlərin reaktiv yükünü qəbul etməklə, reaktiv yükün tənzimlənməsi ilə rejim imkanlarını yaxşılaşdıracaq, yük axınını tənzimləyəcək və bununla da reaktiv yükün kompensasiyası təmin ediləcək. İdarəolunan şuntlayıc reaktorlar xətlərin ötürmə qabiliyyətini artırmaqla yanaşı texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitlərinə qənaət etmiş olacaq. '>
İndiki halda ölkə üzrə 2 ədəd idarəolunan şuntlayıcı reaktorun düyün nöqtələrində quraşdırılması enerjisistem üçün yetərli olsa da, 2030-cu ilin perspektiv inkişaf planına uyğun olaraq tələbatın, yüksəkgərginlikli yarımstansiyaların və elektrik verilişi xətlərinin sayının artmasına görə əlavə şuntlayıcı reaktorların qoyulması həyata keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı