Azərbaycan İdeyası

Uşaqpulunun bərpası ilə bağlı ŞAD XƏBƏR! - AÇIQLAMA

Tarix:3-09-2020, 12:00
Baxış Sayı:512


Milli Məclisin payız sessiyasında deputatlar “uşaqpulu” məsələsinin müzakirəyə çıxarılmasına çalışacaqlar.

Korrupsiya-q.az xəbər verir ki, bu barədə oxu.az-a parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.
Bir müddət öncə Milli Məclis sədri Sahibə Qafarova “uşaqpulu”nun bərpasının müzakirəsi üçün üçün parlamentdə İşçi qrupu yaradılması barədə göstəriş verib.
2006-cı il yanvarın 1-dək Azərbaycanda “uşaqpulu” verilirdi. 2006-cı il 1 yanvar tarixinədək Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəlirin 16 500 manatdan (3,3 AZN) az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) aylıq 9 000 manat (1,8 AZN) məbləğində müavinət verilirdi.
2006-cı ilin yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə minib və aztəminatlı ailələrə ünvanlı yardımlar edilməyə başlanılıb. Bununla da, “uşaqpulu” ləğv olunub.
Deputat T.Kərimli söyləyib ki, payız sessiyasında “uşaqpulu”nun təyin olunması üçün optimal variantlar ətrafında müzakirələrin aparılması, ekspert rəylərinin dinlənilməsi gözlənilir.
Millət vəkili digər vacib məsələnin də gündəmdə olduğunu deyib. Onun sözlərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının yenidən formalaşdırılması ilə bağlıdır.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.
Seçki Məcəlləsinə əsasən, MSK-nın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.
Bildirək ki, Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı