Azərbaycan İdeyası

Pensiyaların nə qədər artacağı açıqlandı - VİDEO

Tarix:6-01-2021, 13:34
Baxış Sayı:103



Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinin, müharibə əlilliyi olan şəxslərin və müharibə iştirakçılarının sosial vəziyyəti araşdırılır və buna uyğun olaraq dəstək tədbirləri həyata keçirilir.
Sfera.az xəbər verir ki, bunu açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Anar Kərimovun sözlərinə görə, bu kontingentdən olan şəxslərin məşğulluğunun təmin edilməsi də prioritetlərdən biridir:
“Qısa müddət ərzində 250-yə yaxın vətəndaş işlə təmin edilib, 1550 nəfər özünəməşğulluq proqramlarına cəlb olunub. Bununla yanaşı 150 hərbçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial reablitasiya mərkəzlərində müalicə alıb, 200-dən artıq müharibə iştirakçısına reabilitasiya vasitələri verilib, 8 hərbçi isə protezlərlə təmin edilib”.
Nazir müavini ikinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin və müharibə iştirakçılarının avtomobil və mənzil təminatından da danışıb.
Anar Kərimov deyib ki, son iki il ərzində sosial ödənişlərdə nəzərəçarpacaq dərcədə artım olub. Pensiya, təqaüd və müavinətlərlə bağlı islahatlar bu il də davam edəcək.
Yaşa görə pensiyanın orta aylıq məbləğinin 370 manata, əmək pensiyalarının orta aylıq məbləğinin isə 340 manata çatması gözlənilir.
Qeyd edək ki, son iki il ərzində sırf sosial ödənişlərin həcmində 1 milyard manat artım olub.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı