Azərbaycan İdeyası

Azad edilmiş torpaqlarda bank sistemi necə qurula bilər? - AÇIQLAMA

Tarix:15-02-2021, 14:56
Baxış Sayı:189



Xəbər verdiyimi kimi, işğaldan azad edilmiş torpaqlarımızda , "ağıllı kənd" layihəsinin icra olunacağı ilk ərazi məlum olub. Bu, Zəngilan rayonunun Ağalı kəndi olacaqdır..
Hazırda ölkədə "Ağıllı şəhər və kənd" konsepsiyasının hazırlanması üzərində işlər aparılırdı.
Bu istiqamətdə Böyük Britaniya, İtaliya, Türkiyə, Yaponiya və Almaniya şirkətlərinin də artıq işlərə cəlb edildiyi də bildirilir .
Metbuat.az xəbər verir ki, "Ağıllı kənd" çərçivəsində , ilk öncə mobil və telekommunikasiya infrastrukturun qurulmasına, əsasən aqrar sahənin rəqəmsallaşmasına, külək və günəş enerji sistemlərinin qurulmasına, kəndlə əlaqəli dövlət xidmətlərinin elektronlaşmasına, Asan Xidmətin kənd modelinin yaradılmasına , əhalinin rəqəmsal bacarıqlarının artırılasına və s . diqqət yetiriləcək.
Bu sahədə görüləcək işlərdən biri də iqtisadiyyatın əsasını təşkil edən bank sektorunun qurulmasıdır.
Bəs işğaldan azad edilmiş torpaqlarda bankların qurulması necə aparıla bilər?
Bu barədə Metbuat.az-a açıqlamasında istisadçı ekspert Murad Calalov bildirdi ki, ilkin olaraq kommersiya banklarının qurulması daha çox priroritet təşkil edir.
''Xüsusi ilə istehlak və biznes kreditlərinin verilməsi baxımdan bu addımın atılması daha çox məqsədəuyğundur. Bu sahədə güzəştli kreditlərin verilməsi sahibkarlığın inkişafına da təkan olacaqdır. Məlum olduğu kimi bir bankın qurulması üçün ən azından 50 milyon manata yaxın vəsait tələb olunur.
Amma pandemiya dövrü olduğunu nəzərə alarsaq azad edilmiş torpaqlarımızda onlayn bank sistemi də qurula bilər. Bu zaman həmin ərazidə yaşayan insanlar banka getmədən müxtəlif əməliyyatları poçt, ATM və mobil telefon vasitəsi ilə həyata keçirlə biləcəklər''.
Qeyd edək ki, bu il Azərbaycan Mərkəzi Bankı yerli bankların strategiyalarında biznes kreditləşməsinə böyük diqqət ayıracaq.
Mərkəzi Bankdan verilən məlumata görə 2021-ci il ərzində erməni işğalından azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturunun yaradılması "Böyük qayıdış" planlarının vacib tərkib hissəsi olacaqdır .

Azad edilmiş torpaqlarda bank sistemi necə qurula bilər? - AÇIQLAMA

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir