2018-ci ilin yanvar-iyul aylarında dünyanın 170 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirilib. 101 ölkəyə məhsul ixrac edilib, 162 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a bildirilib ki, hesabat dövründə xarici ticarət dövriyyəsi 17474,7 milyon dollar olub.
İxracın dəyəri 11698,5 milyon dollar, idxalın dəyəri 5776,2 milyon dollar təşkil edib. Nəticədə, 5922,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,6 faiz, real ifadədə isə 0,7 faiz, o cümlədən ixrac 0,8 faiz, idxal 0,5 faiz artıb.
İxracda İtaliya, idxalda Rusiya
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 24,8 faizini İtaliyaya, 8,0 faizini Türkiyəyə, 7,6 faizini İsrailə, 5,3 faizini Hindistana, 4,7 faizini Tayvana (Çinin əyaləti), 4,3 faizini İndoneziyaya, 4,0 faizini Kanadaya, 3,9 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla, Portuqaliya və Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,2 faizini Gürcüstana, 3,0 faizini Fransaya, 2,6 faizini İspaniyaya, qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 15,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 10,2 faizi Çin, 6,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,1 faizi Ukrayna, 3,3 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla, İsveçrə və Yaponiya, 2,4 faizi Birləşmiş Krallıq, 2,2 faizi Belarus, 27,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Kartof ixracı artıb, şəkər azalıb
Hesabat dövründə təzə meyvə ixracı 48,0 faiz, kartof 15,5 faiz, bitki yağları 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu 2,0 dəfə, meyvə və tərəvəz konservləri 23,5 faiz, polietilen 10,9 faiz, emal olunmamış alüminium 18,5 faiz, pambıq lifi 66,9 faiz, qara metallardan borular 10,2 faiz, pambıq ipliyi 23,1 faiz artıb.
Təzə tərəvəz ixracı isə 1,5 faiz, şəkər 44,7 faiz, meyvə və tərəvəz şirələri 15,2 faiz, tütün 20,1 faiz, çay 17,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 7,8 faiz, qara metallardan yarımfabrikatlar 70,9 faiz, bentonit gili 3,2 faiz azalıb.
Kondisioner idxalı artıb, siqaret azalıb
İdxala gəlincə, 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2018-ci ilin yanvar-iyul aylarında buğda idxalı 17,1 faiz, bitki yağları 41,7 faiz, təzə meyvə 47,5 faiz, çay 6,3 faiz, quş əti və onun əlavə məhsulları 3,7 faiz, qara metallardan borular 2,0 dəfə, minik avtomobilləri 2,7 dəfə, qara metallardan çubuqlar 27,3 faiz, mineral gübrələr 77,0 faiz, mebellər 32,1 faiz, hesablama maşınları, blok və qurğuları 4,1 faiz, rezin şinlər 2,0 faiz, polietilen 60,0 faiz, məişət kondisionerləri 20,2 faiz, yük avtomobilləri 2,2 dəfə, paltaryuyan maşınlar 29,2 faiz, sement və sement klinkerləri 59,4 faiz, məişət soyuducuları 2,3 dəfə artıb.
Siqaret idxalı isə 3,7 faiz, xam şəkər və şəkər 45,2 faiz, kərə yağı, digər süd yağları və pastaları 20,7 faiz, kartof 23,2 faiz, mal əti 21,0 faiz, təzə tərəvəz 46,3 faiz, polad prokatı 2,2 faiz, qara met