Azərbaycan İdeyası

Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq

Tarix:11-02-2019, 17:58
Baxış Sayı:226

Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq

Minimum əməkhaqqı davamlı olaraq artırılacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, minimum əməkhaqqının artırılmasını qeyri-rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır:
“Beynəlxalq təcrübədə əməkhaqlarının paket şəklində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir. Bu yenilikdən sonra əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsmiləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əməkhaqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza ziyanı çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxilolmalar azalır. Büdcəyə daxilolmalar artdıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır”.
Şöbə müdiri qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı verirlər:
“Bu, düzgün yanaşma deyil. Bundan sonra işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İşçi özünün pensiya təminatı üçün pensiya kapitalı toplamış olacaq və nəticədə, pensiyası yüksək məbləğdə tənzimlənəcək”.
Əbülfət Məhərrəmov əlavə edib ki, minimum əməkhaqqı davamlı olaraq artırılacaq:
“Əməkhaqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq. Bu yenilik özəl sektorlarda çalışan 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquqi şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqları minimum əməkhaqlarına uyğun verilib. 150 mindən çox deyilən təbəqə məhz bu sahədə çalışanlara aiddir”.
Qeyd edək ki, prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılıb.
Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı