Azərbaycan İdeyası

"NİKOYLBANK"IN REKETLƏRİNİN ƏMƏLİNƏ HÜQUQİ QİYMƏT VERİLMƏLİDİR -

Tarix:20-06-2019, 13:41
Baxış Sayı:1 224

DOLLAR KREDİTLƏRİNƏ GÖRƏ KOMPENSASİYA DARTIŞMALARI BANKIN FƏALİYYƏTİNDƏ DEBİTORLARA MÜNASİBƏTDƏ DİGƏR HÜQUQPOZMALARA DA YOL VERİLDİYİNİ ÜZƏ ÇIXARIB

Azərbaycan Prezidentinin dollar kreditlərinə görə kompensasiyaları nəzərdə tutan sərəncamı həm borc məngənəsində sıxılan vətəndaşlar, həm də kreditorlar tərəfindən böyük məmnunluqla qarşılandı. Bu sərəncam bir tərəfdən onu göstərdi ki, dövlət başçısı Azərbaycan vətəndaşının sosial rifahı ilə qayğılanır, digər tərəfdən onların hüquqlarının qorunması məsələsini diqqət mərkəzində saxlayır.
Həqiqətən də kreditorlar borcu bəhanə edərək vətəndaşları incidir, onların üzərinə əlavə şişirdilmiş faizlər yükləyirdilər. Ona görə də məlum sərəncam həm sosial, həm də hüquqi əhəmiyyət daşıyır desək, yanılmarıq. Təsadüfi deyil ki, kompensasiya məsələsi bankların fəaliyyətində müştərilərə münasibətdə bir sıra başqa hüquqpozmaları, qanunsuzluqları da üzə çıxarmaqdadır.
Redaksiyamıza Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəsi ev 19 mənzil 9 ünvanda qeydiyyatda olan, hazırda Nəsirəddin Tusi küçəsi 2942 Q, mənzil 204 ünvanda yaşayan Süleymanov Taleh Hidayət oğlunun ərizəsi daxil olmuşdur. T.Süleymanov yazır ki, 30.05.2013-cü il tarixdə Badamdar qəsəbəsindəki avtomobil bazarında satışa çıxarılmış “99 EL 260” dövlət nömrə nişanlı avtomobili bəyənmişdir. Avtomobili satan Abbasov Fəraiz Razi oğlu və həmin vaxt onun yanında olan , sonradan bank işçisi olduğu məlum olmuş bir nəfər T.Süleymanova bildirmişlər ki, avtomobil əmlak kimi bankın sərəncamındadır. Müştəriyə təklif olunmuşdur ki, əvvəlcədən 3000 manat ödəniş etsin, sonrakı 36 ay ərzində ayda 335, 40 dollar ödəniş etməklə borcu bağlaya bilər. Razılığa gələrək bazarın yaxınlığında yerləşən notariat kontoruna getmiş, F.Abbasovun adından T.Süleymanovun adına iki il yeddi ay iyirmi doqquz gün müddətinə etibarnamə rəsmiləşdirmişlər.

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur