Azərbaycan İdeyası

“Vergiler.az” saytında yeni rubrika - “Vergi dərsi”

Tarix:26-09-2019, 16:44
Baxış Sayı:119

Vergilər Nazirliyi vergi siyasəti, aparılan islahatlar, qanunvericilikdə edilmiş dəyişikliklər və vergi sistemində baş verən müxtəlif yeniliklər haqqında maarifləndirmə işlərinin aparılması üçün müasir alətlərdən istifadə edir.
Azadinform xəbər verir ki, nazirliyin informasiya orqanı olan “vergiler.az” internet portalı informasiya siyasətində maarifləndirici və məlumatlandırıcı xəbərlər, məqalələr və müsahibələrlə yanaşı interaktiv məlumatlandırma metodlarını da tətbiq edir. Saytda vergi ödəyicilərinin, jurnalistlərin və ictimaiyyətin digər nümayəndələrinin marağına səbəb olan “Ekspert baxışı”, “Sual-cavab”, “Rəsmi cavab” kimi maarifləndirici rubrikalar istifadəyə verilib. Geniş auditoriya toplamış bu rubrikalar sosial şəbəkələrdə də maraqla izlənilir.
“vergiler.az” saytında ictimaiyyətin maarifləndirilməsi işlərinin davamı olaraq “Vergi dərsi” adlı yeni rubrika başlayır. Elektron təhsil metoduna əsaslanan həftəlik rubrikada vergilərlə bağlı məsələlər tədris olunacaq. “Vergi dərsi”ndə vergi sahəsi ilə bağlı mövzular aydın, sadə və izahlı formada təqdim olunacaq. Seçilmiş mövzular Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov tərəfindən izah olunacaq. Rubrikada mövzular vergi barədə ilkin biliklərdən başlayaraq bu sahədə bütün istiqamətləri mərhələli şəkildə əhatə edəcək. Vergi sistemini dərindən öyrənmək istəyən vergi ödəyiciləri, tələbələr və digər maraqlanan şəxslər bu rubrika vasitəsilə daha praktik biliklərə yiyələnəcəklər.
ergilər Nazirliyi vergi siyasəti, aparılan islahatlar, qanunvericilikdə edilmiş dəyişikliklər və vergi sistemində baş verən müxtəlif yeniliklər haqqında maarifləndirmə işlərinin aparılması üçün müasir alətlərdən istifadə edir.
Azadinform xəbər verir ki, nazirliyin informasiya orqanı olan “vergiler.az” internet portalı informasiya siyasətində maarifləndirici və məlumatlandırıcı xəbərlər, məqalələr və müsahibələrlə yanaşı interaktiv məlumatlandırma metodlarını da tətbiq edir. Saytda vergi ödəyicilərinin, jurnalistlərin və ictimaiyyətin digər nümayəndələrinin marağına səbəb olan “Ekspert baxışı”, “Sual-cavab”, “Rəsmi cavab” kimi maarifləndirici rubrikalar istifadəyə verilib. Geniş auditoriya toplamış bu rubrikalar sosial şəbəkələrdə də maraqla izlənilir.
“vergiler.az” saytında ictimaiyyətin maarifləndirilməsi işlərinin davamı olaraq “Vergi dərsi” adlı yeni rubrika başlayır. Elektron təhsil metoduna əsaslanan həftəlik rubrikada vergilərlə bağlı məsələlər tədris olunacaq. “Vergi dərsi”ndə vergi sahəsi ilə bağlı mövzular aydın, sadə və izahlı formada təqdim olunacaq. Seçilmiş mövzular Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov tərəfindən izah olunacaq. Rubrikada mövzular vergi barədə ilkin biliklərdən başlayaraq bu sahədə bütün istiqamətləri mərhələli şəkildə əhatə edəcək. Vergi sistemini dərindən öyrənmək istəyən vergi ödəyiciləri, tələbələr və digər maraqlanan şəxslər bu rubrika vasitəsilə daha praktik biliklərə yiyələnəcəklər.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar

Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"

Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"

Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video

Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"

Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı