Azərbaycan İdeyası

Şadlıq saraylarına XƏBƏRDARLIQ! - Hər bir işçi və toya gələn müğənni vergi ödəməlidir – VİDEO

Tarix:29-10-2019, 10:29
Baxış Sayı:758


Gələn ildən etibarən, şadlıq sarayında çalışan hər işçinin-musiqiçinin, rəqqasın, fotoqrafın, hər bir kəsin vergi sənədi olmalıdır. Əgər hər hansı bir şadlıq sarayında hər hansı bir işçinin bu sənədi olmadan çalışdığı müəyyən olunarsa, bu zaman məsuliyəti həmin şadlıq sarayının rəhbərliyi daşıyır və buna görə o cərimə oluna bilər.
ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Şadlıq sarayında çalışan işçilər fəaliyyətə başlayanadək sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etməlidir.
Vüqar Bayramov – İqtisadçı: "Şadlıq sarayları xidmət göstərən zaman öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra sadələşmiş vergi üzrə qəbzə malik olmalıdır. Əvvəlki dövrlərdə sadəcə qeydiyyatdan keçməklə, yəni VÖEN-ə sahib olmaqla artıq xidmət göstərmək mümkün idi. Daha sonra isə xidmətə görə dövriyyə elan olunurdu və dövriyyə elan olunduqdan sonra vergi hesablanırdı".
Ekspertlərin sözlərinə görə, yeni qaydanın tətbiqi bəzi şəxslərin vergidən yayınmasının qarşısını alacaq.
Vüqar Bayramov – İqtisadçı: "Sözügedən sahədə vergi dövriyəsi kifayət qədər böyükdür. Amma həmin dövriyənin vergiyə cəlb edilməsi ilə bağlı çətinliklər vardı. Yalnız o şəxslər sözügedən xidmətləri göstərə biləcək ki, onların məhz həmin qəbzi olsun. Sənədi olsun".
Samir Qasımov - Vəkil: "Bu vaxta qədər bu ümumi qaydada gedirdi. Ya əmək müqaviləsi əsasında həmin adamlar işçi kimi işə götürülməli idi, əmək haqqından vergi tutulub, ödənilməli idi, ya da ki, həmin şəxslər VÖEN almalı idilər, hər ay sadələşmiş vergi ödəməli idilər. Bu təcrübə də dəqiq işləmirdi. Yəni bunun dəqiq mexanizmi yox idi".
Sözügedən işçiləri qəbz əldə edilmədən işlədən sahibkara hər bir işçiyə görə 1-ci dəfə 2000 manat, 2-ci dəfə 4000 manat, 3 və ya daha çox olduğu halda 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
Vahid Əhmədov – Milli Məclisin deputatı: "İstənilən müğənni olsun, digər sənət sahibləri olsun, əgər onlar Azərbaycan vətəndaşıdırsa, bu ərazidə çalışırsa, müəyyən gəlir əldə edirsə, o gəlirdən vergi verməlidir. Dəyişkilik elədik vergi məcəlləsində ki, hər bir sənətkar vergi ödəyicisi olsun, yəni bu tamamilə qanunauyğundur".
Qanun layihəsi Milli Məclisin noyabrda keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı