Azərbaycan İdeyası

"Araz” marketlər şəbəkəsində mənşəyi məlum olmayan, təhlükəli yağlar satılır.

Tarix:12-11-2019, 10:21
Baxış Sayı:107



Korrupsiya-q.az xəbər verir ki, bu barədə BakuPost-a paytaxt sakini Xanım İsrafilova məlumat verib.

Onun sözlərinə görə, Yeni Suraxanıdakı "Araz” marketdən kərə yağı adıyla aldığı yağı əridərkən dəhşətli mənzərə ilə rastlaşıb: "Ucuz olduğuna görə hamı kimi mən də bir qutu "555” yağı aldım. Saxlamaq üçün əridib bankaya yığmaq istəyirdim. Yağı qaynadanda isə dəhşətli mənzərəylə rastlaşdım, köpükləndi, sonra qaralmağa başladı… Normal yağ belə olmur. Sonra həmin yağın qalanını mağazaya qaytarıb pulumu geri aldım”.
Növbəti mağazaya getdikdə həmin yağların satışdan çıxarılmadığını görən X.İsrafilova şikayət etmək qərarına gəlib:
"Mağazanı işlədənlər bu yağın keyfiyyətsiz, təhlükəli olduğunu bilə-bilə onu satışdan çıxarmayıblar. Ən pisi odur ki, həmin yağa endirim edərək hamının diqqətini çəkirlər. İndi ən çox satılan yağ yəqin ki odur… Buna görə də, aidiyyəti qurumları araşdırmaya dəvət edirəm. Mən yağı qaynatdığım qabları saxlamışam. Kim istəyir gəlib götürsün, araşdırsın. Təki belə halların qarşısı alınsın. İnsanlarımız mənşəyi bəlli olmayan qidalarla zəhərlənməsin”.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev BakuPost-a bildirib ki, ilk iş günündə məsələ ciddi şəkildə araşdırılacaq. Müştərinin dedikləri təsdiqini tapsa ciddi ölçü götürüləcək.
BakuPost-un əməkdaşlarının araşdırmalarına görə, sözügedən yağ "Araz” marketlərin hamısında satılır. Belarusiya istehsalı olan yağın kilosu müştərilərə 2.99 qəpiyə təklif olunur.
Yağın əridilərkən bu vəziyyətə düşməsi nəyin göstəricisidir?
Qida eksperti Eyyub Hüseynov BakuPost-a bildirib ki, təmiz kərə yağı əridilərkən qarala bilməz: "Bu onu göstərir ki, kərə yağı deyil, ya bitki mənşəllidir speddir”. Ekspert bildirib ki, belə yağların dəqiq mənşəyi göstərilmədiyindən, onun istifadəsi təhlükəlidir: "Çox vaxt yağların üzərinə inək şəkli qoyub müştəriləri aldadırlar. Hardasa kiçik bir yerdə isə "Spred bitki tərkibli yağ” yazırlar ki, məhkəmə çəkiməsi-falan olanda vəziyyətdən çıxa bilsinlər. Bunlar ağır cinayətdir”.
Qeyri-iş günü olduğundan "Araz” marketlər şəbəkəsindn rəsmi cavab almağımız mümkün olmadı.

Məsələ barədə əlavə məlumat verəcəyik.

  "Araz” marketlər şəbəkəsində mənşəyi məlum olmayan, təhlükəli yağlar satılır.

  "Araz” marketlər şəbəkəsində mənşəyi məlum olmayan, təhlükəli yağlar satılır.

  "Araz” marketlər şəbəkəsində mənşəyi məlum olmayan, təhlükəli yağlar satılır.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı