Azərbaycan İdeyası

SOCAR-DAN YANACAQDOLDURMA MƏNTƏQƏLƏRINDƏKI SIXLIQLA BAĞLI AÇIQLAMA

Tarix:12-11-2019, 11:24
Baxış Sayı:99



SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünki SOCAR onun sadəcə istehsalçılarından biridir.

Korrupsiya-q.az xəbər verir ki, bunu Trend-ə hazırda Bakı şəhərinin maye qazı satılan yanacaqdoldurma məntəqələrində müşahidə edilən avtomobil sıxlığı ilə əlaqədar sualını cavablandırarkən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
İ.Əhmədov bildirib: "Əvvəla bunu qeyd edim ki, mayə qazı kimi bizim respublikada tanınan məhsul bəzən təbii qazla səhv salınır. Əslində təbii qaz və mayə qaz təmamilə fərqli olan məhsullardır. Maye qazına LPG-də deyilir. Bunun əsl adı mayeləşdirilmiş neft qazıdı, yəni təbii qazdan fərqli olaraq maye qazı neft emalının məhsuludur, neftdən əldə olunur, təbii qazdan əldə olunmur. Təbii qazdan əldə olunan isə satışda digər yanacaq növü var ki, onun adı CNG-dir və yaxud da sıxlaşdırılmış təbii qazвdır və bildiyiniz kimi, sıxlaşdırılmış təbii qazın qiymətində hər hansı bir dəyişiklik yoxdur. Daha əvvəl 45 qəpiyə satılırdısa bu gün də 45 qəpiyə satılır. Lakin LPG artıq 45 qəpiyə deyil, bir çox yanacaq doldurulma məntəqələrində onun qiyməti bir qədər artırılmışdır. Və bunun qiymətini SOCAR tənzimləmir. Onu da qeyd edim ki, SOCAR maye qazının və yaxud da LPG-nin qiymətini tənzimləyə bilməz, çünkü SOCAR onun sadəcə istehsalçılarından biridir. Həmin məhsulun üzərində bizim hər hansısa bir inhisarımız yoxdur, məhsulun SOCAR-dan və digər şirkətlərdən almaq hüququna malik olan təhcizatçı şirkət onu ölkəyə həm də xaricdən idxal edir və xaricdən idxal etməyə başlandıqdan sonra görünür ki, məhsulun maya dəyəri də artmışdır. Bəs məhsulun xaricdən idxal olunmasına zərurət hardan yarandı? Bu da yəqinki aydın idi, artıq son aylarda biz gördük ki, maye qazı və ya LPG-nin təchizatında bir az qıtlıq yaranmağa başladı. Bu qıtlığın səbəbi bu idi ki, LPG-nin istehsalı əvvəlki səviyyədə qalsa da ona olan tələbat artmışdır. Sırf tələbat artımıyla bağlı olan bu qıtlıq buradan qaynaqlanırdı ki, LPG daha çox kimya sənayesində istifadə olunur. Bu kimya sənayesinin əsas xammallarından biridir. Və həm də onun qalıq həcmləri keçmişdə yanacaq kimi də bazara çıxarılırdı. İndi isə kimya sənayesində sıçrayış, artım olduğuna görə, kimya sənayesində bu məhsula olan tələbat artmışdır və buna görə yanacaq bazarında LPG azalmağa başladı. Onu xaricdən idxal etməyə zərurət yarandı və həm də Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan son dövr təmir işləri müddətində həmin qıtlıq bir qədər də artmışdır, kəskinləşmişdir. Nəticədə görünür ki, təhcizatçı şirkət bunu xaricdən idxal etməyə başlayıb və hazırda onun bu məhsulu satdığı bazarda qiymət hamı üçün eynidir, həm də SOCAR yanacaq doldurma məntəqələri üçün də eynidir".
İ.Əhmədov əlavə edib ki, bizim burada hər hansı bir üstünlüyümüz və yaxud da fərqli məqamımız yoxdur: "Bunu bir daha qeyd edim ki, CNG və yaxud da sıxlaşdırlmış təbii qaz hansı ki, buna alternativ olan yanacaq növü ola bilər, bir çox istehlakçılar üçün bu məhsulun satışında hər hansı bir dəyişiklik, onun qiymətində hər hansı bir dəyişiklik gözlənilmir. Həmin məhsula qıtlıq da yaranmayacaq, çünkü maye qazı və ya LPG kimi tanınan məhsulun istehsalı neft, neftin emalına bağlıdırsa, CNG və ya sıxlaşdırılmış təbii qazın istehsalı neftin emalına bağlı deyil. Bu sadəcə evlərimizdə istifadə etdiyimiz təbii qazdır ki, həm də birbaşa borular vasitəsi ilə yanacaqdoldurma məntəqələrinə ötürülür və orada sıxlaşdırılaraq avtomobillərə vurulur. Onun yanacaq kimi effektivliyi də maye qazından daha yüksəkdir və daha da təhlükəsizdir. Buna görə biz onu hələ ötən ildən etibarən bazara daxil etmişik.
Əslində maye qazının tələbatının tənzimlənməsi bizim əlimizdə, yəni SOCAR olaraq bizim əlimizdə olmasa da, bunun qıtlığını nəzərə alaraq biz istehlakçının maksimum məmnunluğuna nail olmaq üçün öz töhfəmizidə verməyə çalışırıq və görürük ki, bu qıtlıq hələ yaranmazdan əvvəl, yəni LPG-nin satışında olan qıtlıq yaranmazdan əvvəl bizim yerli istehlakçıların böyük hissəsi artıq CNG-yə böyük maraq göstərməyə başlayıb. Sıxlaşdırılmış təbii qazın satışı ötən ildən etibarən sürətlə artmaqdadır, bu isə əsasən həmin məhsulun üstünlükləri ilə bağlıdır. Qeyd etdiyim kimi, onun qiyməti 45 qəpikdir və olduğu kimidə qalacaqdır".

OXŞAR XƏBƏRLƏR
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025