Главная > İqtisadiyyat / Gündəm > Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı YENİ QƏRAR.

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı YENİ QƏRAR.


26-07-2023, 12:05. Разместил: Xuraman Quliyeva
Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı YENİ QƏRAR.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5%, yuxarı həddi isə 10% saxlanılıb.
“Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib”, - deyə AMB bəyan edib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 20-də ictimaiyyətə açıqlanacaq.


Вернуться назад