Azərbaycan İdeyası

Ulduz müharibələri qayıtdı: ABŞ Rusiyanın nüvə raketini kosmosda vuracaq - FOTOLAR

Tarix:30-05-2016, 14:57
Baxış Sayı:347

ABŞ-ın raketdən müdafiə agentliyi və Pentaqonun podratçısı “Reyteon” şirkəti ballistik raketləri kosmosda aşkarlayıb məhv etmək üçün nəzərdə tutulan SM-3 raketinin yeni modifikasiyasını sınaqdan keçirir.

Virtualaz.org Qərb mətbuatına istinadən xəbər verir ki, sınaqlar başa çatdıqdan sonra raketlər tezliklə ABŞ-n Avropada raketdən müdafiə sisteminin tərkib hissəsi kimi Polşa ərazisində yerləşdiriləcək. Rusiya prezidenti Vladimir Putin isə ABŞ-ın bu addımlarına cavab olaraq Polşanın Rusiya nüvə raketlərinin hədəfinə çevrildiyi haqda xəbərdarlıq edib.

SM-3 raketlərinin eni modifikasiyası olan SM-3IIA raketi orta və yaxın mənzilli ballistik raketlərin kosmik hündürlüklərdə aşkar edilərək kinetik zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub. Raketlərin Polşada yerləşdirilməsi Pentaqonun Avropada raketdən müdafiə proqramının bir hissəsi olan “Aegis Ashore” sisteminin tərkib hissəsi olacaq. Bundan əvvəl Pentaqon həmin sistemin elementlərindən birini-“Aegis” sahil kompleksini Rumıniya sahillərində yerləşdirib.
 Ulduz müharibələri qayıtdı: ABŞ Rusiyanın nüvə raketini kosmosda vuracaq - FOTOLAR
Pentaqon bildirir ki, SM-3IIA raketləri Rusiya, İran və digər bu kimi ölkələrin potensial raket hücumlarından Avropanın müdafiəsi üçün nəzərdə tutulub. Həmin raketlər Avropadakı hədəflərə buraxılan ballistik raketləri kosmosda məhv edəcək. SM-3IIA raketliyinin özəlliyi onun döyüş başlığı daşımamasındadır. Raket hədəfi kinetik zərbə ilə məhv edir, yəni ona dəyərək parçalayır.
 Ulduz müharibələri qayıtdı: ABŞ Rusiyanın nüvə raketini kosmosda vuracaq - FOTOLAR
 Ulduz müharibələri qayıtdı: ABŞ Rusiyanın nüvə raketini kosmosda vuracaq - FOTOLAR
Pentaqonun Avropada raketdən müdafiə sistemini yerləşdirməsi Rusiyanı olduqca narahat edir. Ötən həftə prezident Vladimir Putin xəbərdarlıq edib ki, Polşa və Rumıniya Rusiya raketlərinin hədəfinə çevriləcək. Onun sözlərinə görə, Moskva dəfələrlə xəbərdarlıq edib ki, cavab tədbirləri görməli olacaq. Lakin Vaşinqton və müttəfiqləri bu xəbərdarlığa məhəl qoymur. “Əgər dünənə qədər Rumıniya ərazisinin bir hissəsində hədəfdə olmağın nə demək olduğunu dərk etmirdilərsə biz bu gün öz təhlükəsizliyimizi təmin etmək üçün müəyyən tədbirlər görməli olacağıq”-Putin deyib. “Bu xəbərdarlıq Polşaya da aiddir”-o əlavə edib.

Putin deyib ki, ABŞ Avropada raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsinin Rusiyaya qarşı yönəlmədiyini deyir, ancaq buna heç kim inanmır. “Biz 2000-ci illərin əvvəllərindən təkrarlayrıq ki, cavab tədbirləri görməyə məcbur olacağıq. Lakin heç kim bizi eşitmir. Bizimlə danışıqlar aparmaq istəyən yoxdur”-Rusiya prezidenti deyib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı