Azərbaycan İdeyası

İlham Əliyev Endi Börnhemi təbrik etdi

Tarix:21-07-2026, 12:30
Baxış Sayı:4

İlham Əliyev Endi Börnhemi təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə təbrik məktubu göndərib.

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlığımızın gündən-günə dərinləşməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Ölkənizi təmsil edən şirkətlər Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və burada ölkə iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda səmərəli fəaliyyət göstərirlər. bp şirkəti ilə uzun illərdən bəri davam edən, həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurlu birgə fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın dəvət etdiyi ilk xarici şirkətlər sırasında Birləşmiş Krallığın şirkətlərinin yer alması və bu gün orada aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

Sizə bir daha təbriklərimi çatdırır, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

OXŞAR XƏBƏRLƏR
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Qaxda kafedə qan töküldü
Qaxda kafedə qan töküldü