Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi motosiklet sürücülərinə müraciət edib. İdarədən verilən məlumata görə, son vaxtlar sürücülər tərəfindən standartlara uyğun olmayan, səs boğucu və əlavə avadanlıq quraşdırılan nəqliyyat vasitələrinin, xüsusilə motosikletlərin idarə olunması halları çoxalıb ki, onların da yaratdığı səs-küy paytaxt sakinlərinin və ictimaiyyətin haqlı narazılıqlarına zəmin yaradır.
Əhalinin çoxsaylı müraciətləri və təklifləri nəzərə alınaraq, motosiklet sürücülərinə saat 23:00-dan 08:00-a qədər motosikletlərdən istifadə etməmək tövsiyə olunur.