Azərbaycan İdeyası

Hansı xəstəliklər zamanı şaxtada gəzmək faydalıdır? - Doğru bilinən yanlışlar

Tarix:24-01-2019, 15:08
Baxış Sayı:227

Hansı xəstəliklər zamanı şaxtada gəzmək faydalıdır? - Doğru bilinən yanlışlar


Bir çoxları elə düşünür ki, hava soyuq və şaxtalı olduqda evdə qalmaq və çölə çıxmamaq ən yaxşı yoldur. Düzdür bəzi xəstəliklər zamanı soyuq havada çox gəzmək olmaz, amma şaxtalı havanın da yaxşı təsir göstərdiyi xəstəliklər mövcuddur.
Medicina.az sizə şaxtalı havanın hansı xəstəliklər üçün faydalı olduğunu açıqlayır:
1) Piylənmə. Artıq çəkil insanlarda arıqlamaq üçün qışda gəzmək yayda gəzməkdən daha effektlidir. Şaxta arıqlamağa kömək edir. Çünki soyuqda orqanizm özünü qızdırmaq üçün daha çox enerji sərf etməlidir. Bu enerji isə piy qatının parçalanması hesabına yaranır.
2) Baş ağrısı və miqren. İstənilən mənşəli baş ağrıları zamanı havaya çıxaraq təmiz hava almaq kömək edir. Baş ağrısı başda yerləşən damarların spazmı səbəbindən yaranır. Şaxtalı havada isə dəridə olan kapillyarlar sıxılır, başdakı damarlar isə əksinə genələrək qan axımını qaydaya salır. Həmçinin soyuq hava sinir ucluqlarına da təsir edərək ağrı hissinin azalmasına və ümumi əhval-ruhiyyənin yüksəlməsinə səbəb olacaq. 3) Hipotoniya. Arterial təzyiqdən əziyyət çəkən insanlar qışda özlərini pis hiss edirlər. Aşağı təzyiqdən əziyyət çəkənlərə isə əksinə şaxtalı havada gəzmək faydalıdır. Bunun səbəbi soyuqda qan damarlarının sıxılaraq təzyiqi yüksəlməsidir. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar isə yaxşı olardı ki, şaxtalı havalarda evdə otursunlar.

4) Piy vəzilərinin fəaliyyəti. Yağlı dəriyə malik insanlar isti havadansa soyuqda daha tez-tez gəzintiyə çıxmalıdırlar. Şaxtalı hava epidermisi qurudaraq çivzə, akne və sızanaqların yaranmasının qarşısını alır.

5) Stresslə mübarizə. Qışın gəlişi ilə günlə qısalır və gecələr uzanır. Məhz bu amil də bir çox insanlarda depressiyanın yaranmasına səbəb olur. Amma alimlər şaxtalı havanın orqanizmdə "xoşbəxtlik hormonu” olan serotoninin və endorfinin sintezinin sürətləndirdiyini bildirirlər. Hətta 30 dəqiqəlik gəzinti sinir sistemini gücləndirir, qorxu və həyəcan hissini aradan qaldırır, iştahanı açır, əhvalı yüksəldir.

6) İmmunitetin möhkəmlənməsi. Bir çoxları elə düşünürlər ki, soyuq hava xəstələnmənin əsas səbəbidir. Lakin bu belə deyil. Əksinə olaraq soyuq hava orqanizmin qoruyucu funksiyalarını daha da gücləndirir. Buna görə də şaxtalı havada ağızı və burunu qapalı bir şəkildə gəzmək və nəfəs almaq sizin xəstəliyə yoluxmağınıza yox, bədəninizin daha da möhkəmlənməsinə səbəb olacaq.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı