Azərbaycan İdeyası

Zahid Oruc: ”Qızıl amnistiya” qərarı cənab Prezidentin kompetensiyasıdır

Tarix:8-02-2021, 12:46
Baxış Sayı:101


"Vətən Müharibəsində qələbə milli birlik olmadan qazanıla bilməzdi. Ali Baş Komandan İlham Əliyev bütün idarəçiliyi dövründə dövlətin humanizm siyasətini digər tədbirlərdən yuxarı tutub. Məhz ona görə də son 26 ildə 61 əfv və 10 minlərlə amnistiya qərarı nəticəsində çoxlu sayda şəxs yenidən cəmiyyətə dönüş imkanı əldə edib, doğmalarına, öz ailələrinə qayıda biliblər və beləliklə, bağışlamağın, xeyirxahlığın ən ali dəyər olduğunu dərk edərək ictimai-siyasi sabitliyin, əmin amanlığın qoruyucularına çevriliblər. Təsadüfi deyil ki, əfvlə cəzası azaldılan və tam azadlığa qovuşan məhbusların yalnız bir faizi təkrar cinayətlərin törədilməsində iştirak ediblər".
Bunu açıqlamasında millət vəkili Zahid Oruc bildirib. O deyib ki, mənəvi islah tədbirləri, islahatlar nəticəsində hüquq sisteminin və qanunçuluğun insan hüquq və azadlıqlarının təminatında daha da liberallaşdırılması özünü doğruldur, dəqiq prinpislərlə müəyyənləşdirilən həmrəylik siyasəti səmərə verir:
"Ona görə Əfv Komissiyasının üzvü kimi, aldğımız müracətlərin içərisində son dövlrlər məhz şəhid ailələrinə və yaralı hərbçilərimizə yaxın insanların, eləcə də arxa cəbhədə fədakarlıq göstərən insanlarımızın yaxınları ilə bağlı böyük əfv, yaxud, "qızıl amnistiya" gözləntisində olanlar çoxluğu təşkil edir. Prezident İlham Əliyevin "qızıl amnistiya" qərarı ilə çıxış edəcəyi haqda informasiyaları Zəfər səlnaməmizin davamı kimi görmək istəyənlər daha çoxdur. Lakin bir qədər gözləyək və sıx iş qrafiki altında, gərgin beynəlxalq və daxili gündəlik, xüsusilə "Böyük Qayıdış" strategiyası üzərində çalışan ölkə rəhbərinin ən mühüm dövləti işlər içərisində azadlıq arzusunda olan insanları da sevindirəcəyinə hər birimiz dərindən inanırıq".
O daha sonra qeyd edib ki, qəbul ediləcəyi təqdirdə "Qızıl amnistiya" ictimai-siyasi-hüquqi akt kimi yeni tariximizə mühüm səhifə kimi daxil olacaqdır! Gəncə işi və Tərtərdə dövlətçiliyimiz əleyhinə olanlarla bağlı qərar haqqında, eləcə də ətrafında siyasi cəbhə açılmış məhbuslarla da bağlı qərarlar, hansı maddələrin güzəştlərin əhatə dairəsinə daxil edilməsi yalnız Prezidentin konstitusion səlahiyyətləri daxilindədir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı