Azərbaycan İdeyası

Sərnişinlər gömrükdə sorğu-sual edilir

Tarix:26-01-2016, 12:47
Baxış Sayı:361

Sərnişinlər gömrükdə sorğu-sual edilir


Yanvarın 25-də bəzi kütləvi informasiya vasitələrində A (H1N1) virusuna qarşı gömrük və səhiyyə orqanları tərəfindən həyata keçirilən tədbirlər, ölkəmizə gələn bəzi vətəndaşların gömrük-sərhəd keçid məntəqələrində yoxlamalara cəlb edilməməsi barədə məlumatlar yayımlanıb.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən bildirilib ki, adıçəkilən qurum gömrük-sərhəd keçid məntəqələrində A (H1N1) virusu daşıyıcılarının müəyyən edilməsi və bu məsələlər üzrə həyata keçirilən əks-epidemik tədbirlər barədə məlumatları mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətin diqqətinə çatdırıb.
Görülən tədbirlər üzrə Dövlət Gömrük Komitəsi bir daha bəyan edir ki, hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır . Belə ki, gömrük və səhiyyə orqanlarının müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər mütəmadi həyata keçirilir. Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur.
Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır və xəstəliyə yoluxma əlamətləri (yüksək hərarət, öskürək, qusma və s. simptomlar) aşkar edilərsə həmin vətəndaşların təcrid olunması, sanitariya-karantin həkimləri vasitəsi ilə xüsusi müəyyən edilmiş izolyator tipli otaqlarda müayinə aparılması, fakt barədə dərhal müvafiq səhiyyə qurumlarına məlumat verilməsi mexanizmi işlənib hazırlanmışdır. Görülən işlər gömrük orqanlarında çalışan mütəxəssislər tərəfindən sistematik olaraq nizamlı surətdə müşahidələr aparılmaqla həyata keçirilir, şübhəli hal aşkarlanmadıqda şəxslər sorğu-suala cəlb edilmirlər. Eyni zamanda, ölkə ərazisinə daxil olan bütün sərnişin daşıyan nəqliyyat vasitələrinin (təyyarələr, qatarlar və s.) bələdçiləri ilə səyahət zamanı sərnişinlər arasında hər hansı bir xəstəliyə yoluxma halının mövcud olması barədə mütləq qaydada sorğu-sual aparılır.
Dövlət Gömrük Komitəsi əhaliyə tövsiyyə edir ki, hər hansı şəxs səyahət zamanı istər özündə, istərsə də ətrafındakı insanlarda şübhəli hal müşahidə etdiyi təqdirdə dərhal gömrük-sərhəd keçid məntəqələrində fəaliyyət göstərən əməkdaşları məlumatlandırsın.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb
Neft bahalaşıb bu qiymətə OLDU
Neft bahalaşıb bu qiymətə OLDU
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir