Azərbaycan İdeyası

General Aydəmirov işdən çıxarıldı?

Tarix:25-10-2013, 14:53
Baxış Sayı:0

Müdafiə naziri Zakir Həsənovun təyinatından sonra Nazirlikdə kadr islahatları davam etməkdədir. Hələlik rəsmi açıqlamalar olmasa da, artıq bu barədə bir sıra məlumatlar yayılmaqdadır. Deyerler.org-un məlumatına görə, hərbi ekspert Üzeyir Cəfərli Müdafiə Nazirliyində ciddi kadr islahatları baş verib.
Belə ki, MN-nin şəxsi heyətlə iş idarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini- Səfərbərlik idarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib. Dünəndən etibarən üç idarənin işinə MN-nin Tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək.
MN-də adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən Prezidentə açıq müraciətdə adı hallanan nazirliyin Büdcəyə nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutudğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. MN-nin Mühəndis istehkam xidmətinin rəisi polkovnik Mehman Qədiməliyev Bərdə Hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib.
Üzeyir Cəfərli eyni zamanda digər ciddi kadr islahatlarının da olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı