Azərbaycan İdeyası

DİN-dən İmişlidə baş verən insidentlə bağlı AÇIQLAMA - VİDEO

Tarix:4-06-2020, 16:03
Baxış Sayı:45


Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonunun Hacalmuradlı kəndində örüş sahəsində ötən gün baş verən insidentlə bağlı məsələyə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayonunun Hacalmuradlı kəndindən olan bir qrup şəxs örüş sahəsinin digər sakin tərəfindən zəbt edilməsinə etiraz olaraq toplaşıb:
“Bu zaman tərəflər arasında insident baş verib, iki kənd sakini bir-birinə xəsarət yetirib. İnsidentlə əlaqədar İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları kənd ərazisinə gəlib. İctimai asayiş qaydalarını pozan iki kənd sakini - F.Əbişov və İ.Həsənov saxlanılaraq, Polis Şöbəsinə gətirilib”.
“Saxlanılan şəxslər barəsində İmişli RPŞ-də qanunamüvafiq tədbirlər görülüb, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO