Azərbaycan İdeyası

Goranboydakı silahlı insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Tarix:13-07-2019, 15:00
Baxış Sayı:174

KORRUPSİYA-Q.AZ

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Goranboy rayonunda polislə vətəndaşlar arasında baş verən silahlı insident barədə açıqlama yayıb.

Unikal.org-a daxil olan açıqlamada qeyd edilib ki, iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.

Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İş üzrə zəruri ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul əməkdaşları Goranboy rayonuna ezam olunublar.
Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmış və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur