Azərbaycan İdeyası

NƏRMIN ADLI AĞRIM...

Tarix:13-01-2020, 10:51
Baxış Sayı:350

Bu gün kimdən yazacaığımı bilmirəm: Vəhşətdən beynimiz ovxalanıb tökülən
zaman üz tutduğumun dərgahına dikəlirəm... Amma Ondan da sormağa bir sözüm
yox...Yaddaşımda çiliklənən sözlər bir ovuc şüşə qırıntısı kimi batıb qalıb boğazımda.
Danışada bilmirəm, uda da...
Yanıb kösöy olan cəsədini paylaşdıq, hamıya-görənlərə təkrar-təkrar, görməyənlərə
gözü dörd olub baxsın deyə dönə-dönə göstərdik. Nərmininmi bəxti gətirib ya bizimmi
bilmirəm, yanıb külə dönməyə macal tapmamıış cəsədini allı-güllü parçaya büküb
qabağına qoyub ağlayan anaya, nənəyə,el-obaya baxdıq. Hər kəsin sol əli gözlərini
dumanlandıran yaşları silməkdə...
Faciələr bizi nədənsə sarsıtmadı. Əvvəl Elina ... növbəti dəfə Nərmin... Ağlayaraq
sadəcə faciəni yaşamağı bacardığımızı göstərdik. Həm özümüzə, həm özgələrə. Sonra
Nərmini də saqqız kimi yapışqanlı torpağa aparıb gömdük Elina kimi...
İndi “Nərminüçün susma” deyib qışqırmaq mərhələsini yaşayırıq façiənin.. Nə baş
verəcək susmasaq, imza toplasaq Nərmin üçün... Axı az öncə Elina üçün susmamışdıq.
Ölümündən sonra hər kəs bir Elina oldu. Əslində isə onların ölümü olmadı. Nə Elinanın,
nə də Nərminin... Bu nə isə yeni bir şey-bizim yartdığımız , törətdiyimiz MƏHV!
Fərq etməz paytaxtın mərkəzində və yaxud ucqar bir kənddə... Demək ki, bu var:
özümüzü məhv etmək, özümüzü inkar etmək.
Saçlarına sadə çiçəklərdən hördüyü çələngi Nərmin məhv olmasyadı heç vaxt
görməyəcəkdik... Şansa bax... Birdə əlini belinə qoyub bizi-bizdən qoruyan duruşunu.
Beləcə aramızdan aldıq Nərmini. Və... cəmiyyətdə xaos yaranır.Boşluqlarda hər kəs bir
Nərmin yaradır.
Nərminin nəşinə ağlayan qadınlara, barmaqları bir-birinə kilidlənmis qapqara
kişilərə baxanda bilmək olmur sabahın ssenarisini...
Ağlaşma səsi, təəssuf kəlmələri artdıqca saçlarında çiçək çələngi bizdən uzaqlaşır
Nərmin...
Hər kəs içindəki bitməyən bozluqdan qorusun balalarimızı. Nə edək “insan çiy süd
əmmiş”- deyə sığortamız var...
Arada sonsuz bir qara boşluq var : insanlar və Elina Nərmin aralığında...
Yeni ssenaridə heç kim bilə bilməz kimin balası içimizdəki bitməyən bozluga
duşəcək və həm də durub bir adamın cəsarəti olmaz ki bu vəhşiliyin davam etməyəcəyi
barədə söz açsın.
Udmağa və uduzmağa oyun meydanına heç gərək yox. Biz özümüz özümüzü
uduzmağa bacarırıq. Məsələn, Elina kimi, Nərmin kimi...
Nərminin yanmağından da kədərli daha bir nüans var: Biz faciələri yaşamağa
alışdıq.
Yaradandan soruşmaq istədiyim sözləri yaxşı xatırlayıram. Amma soruşmağa
qorxuram.
O, bilir qəlbimdə əzilənləri...
Təbəssümdən və çiçəkıərdən də qorxuram..

Səhər Şıxəli Manaf

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO