Azərbaycan İdeyası

Mübariz İbrahimovu təhqir edən psixoloq həbs ediləcək – Ekspertiza rəy verdi

Tarix:10-10-2019, 14:03
Baxış Sayı:122



Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
məlumatına görə, Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə keçirilən ekspertizanın rəyi məlum olub.
Rəydə məlum olub, Nərmin Şahmarzadənin Mübariz İbrahimov haqqında yazdıqları onun şərəfini ləkələyən, nüfuzdan salan məlumatdır.
Keçirilən prosesdə cavabdeh kimi Nərmin Şahmarzadə gəlməyib.
Ş.İbrahimovanın vəkili Ramil Rüstəmov buna etiraz edib, bunu məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib.
Hakim Cavid Hüseyn deyib ki, əgər növbəti məhkəmə iclasına da gəlməsə, N.Şahmarzadənin haqqında məcburi gətirilmə qərarı çıxarılacaq. Növbəti iclas isə oktyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra Facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib.
Məhkəmədə N.Şahmarzadənin həbsi tələbilə üç nəfər – Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev, vəkil Ramil Rüstəmov və Şamama İbrahimova olsa da, onlardan ancaq Milli Qəhrəmanın anasının şikayəti icraata götürülüb. R.Rüstəmov hazırda bu işdə Ş.İbrahimovanın nümayəndəsi və vəkili kimi iştirak edir.

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır